backend

TƏCİLİ: Moskva və İrəvan Bakının əleyhinə - RƏSMİ QƏRAR VERİLDİ

TƏCİLİ: Moskva və İrəvan Bakının əleyhinə - RƏSMİ QƏRAR VERİLDİ
Bu gün Moskvada Rusiya və Ermənistan arasında iki ölkənin vahid qoşun birləşməsinin yaradılması ilə bağlı razılaşma imzalanıb.

Publika.az xəbər verir ki, razılaşmanı Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, Ermənistan tərəfdən isə müdafiə naziri Viqen Sarkisyan imzalayıb.

Qeyd edək ki, vahid ordu birləşməsinə Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası və Ermənistan ordusunun 4-cü korpusu daxil olacaq. Vahid ordu sülh şəraitində Ermənistanın hərbi rəhbərliyinə, müharibə vaxtı isə Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi dairəsinə tabe olacaq.
Ekspertlərə görə, Rusiya bununla Ermənistan ordusu üzərində nəzarəti gücləndirəcək. Bəzi mütəxəssislər isə bu razılaşmanın Azərbaycan əleyhinə olduğunu vurğulayırlar.