Beyləqanda 5 minlik yeyinti: başçının bazarında işıqları kəsilib - Korrupsiya

--- 2-12-2016, 19:43
Beyləqanda 5 minlik yeyinti: başçının bazarında işıqları kəsilib - Korrupsiya


















Beyləqanın mərkəzində yerləşən bazara verilən elektrik enerjisi kəsildiyi üçün orada ciddi problemlər yaranıb

Politika.Az xəbər verir ki, işıq pulunu ödəmədikləri üçün Beyləqan Rayon Elektrik Şəbəkəsi (REŞ) qeyd olunan bazara verilən elektrik enerjisini kəsib.

Uzun müddətdir ki, bazarın elektrik təminatına məsul olan şəxslər bazarda çalışan şəxslərdən hər ay 4 manat işıq pulu yığırlar.

Lakin onlar yığdıqları pulları REŞ-yə köçürmək əvəzinə mənimsəyiblər. Nəticədə bazarın REŞ-nə 5000 manat işıq pulu borcu yaranıb və bu səbəbdən də bazara verilən elektrik enerjisini kəsiblər.

Bazar qaranlıq olduğu üçün müştərilər bazara gəlmirlər. Hələ bazar ərazisində fəaliyyət göstərən iaşə obyektlərinin vəziyyətləri daha da çətinləşib. İşıqsız çay qaynatmaq, yemək bişirmək və s. bu kimi işlər mümkün olmur.

Hər ay bazardan çalışan şəxslərdən işıq pulu adı ilə pul yığıb mənimsəyən şəxslər bazarın REŞ-ə yaranmış 5 000 manat borcunu yenidən bazarda çalışan şəxslərin hərəsindən 10-15 manat pul yığmaqla ödəmək istəyirlər. Bütün bunlar bazarda çalışan şəxslərin narazılığına səbəb olub.

Bir müddət bundan öncə Beyləqan bazarı ilə əlaqəli materiallar dərc edilmişdi. Ölüm saçan bu bazar artıq böyük təhlükə mənbəyinə çevrilib.

Bu bazarın isə keçmiş icra başçısı oğluna məxsus olması kimlərinsə bu şəxsə göz yummasına dəlalət etməməlidir.

Bazarla yanaşı yenicə əlillərə verilmiş inzibati binanın həmin iy və zibiliklərin verdiyi zərər-ziyanların hesablasanız görəcəksiniz ki, dövlət qayğısı göstərilən əlilərdə ölümlə üz-üzədirlər.

Beyləqan rayon bazarında yaradılan ölüm poliqonunun gəliri ilə qidalanan məmur sülaləsi keçmiş başçının oğluna söz demək iqtidarında deyilər.

Mənbə bildirib ki, keçmiş İH başçısının oğlu olan bazar sahibi indiki icra başçısı Vaqif Abdullayevlə hesablaşır. Belə demək olarsa, şərikdirlər.

Ona görə heç kəs onun bu poliqonuna dur deyə bilmir. Görünür, alverçilərdən işıq pulunu yığıb mənimsəyənlər də məhz bazar rəhbərliyindəki şəxslərdir. Başqa kim ola bilər ki?!
Oxunub: 556
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 


ILK-10