backend

TƏCİLİ: Putinin Sərkisyana Qarabağ vədi - Nə baş verir?


Ermənistanı belə ilhamlandıran təkcə Rusiyanın verdiyi silahlar deyil, eyni zamanda, Sərkisyana verilən vədlərdir.
TƏCİLİ: Putinin Sərkisyana Qarabağ vədi -  Nə baş verir?
Bunu Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib. Rusiyanın xarici siyasət konsepsiyasını şərh edən politoloq deyib ki, Moskva danışıqlar sistemini əsas götürsəydi, təcavüzkar Ermənistana bu qədər yardım göstərməzdi:

TƏCİLİ: Putinin Sərkisyana Qarabağ vədi -  Nə baş verir?
“Üstəlik, İrəvanla birləşmiş hərbi qoşunlar kontingenti yaratmaz, hərbi bazaları Ermənistanın tabeçiliyinə verməzdi. Dağlıq Qarabağ probleminin yaranmasında köhnə SSRİ və onun varisi Rusiya kifayət qədər böyük rol oynayıb. Sonradan konfliktin dondurulması istiqamətində də Moskva mühüm rol oynayıb. Rusiya hər şeyi bir şəxsin iradəsi ilə həyata keçirir. Bu nöqteyi-nəzərdən xarici siyasət konsepsiyasının konseptual əsaslarla işləndiyini söyləmək çətindir, çünki daha çox subyektiv mülahizələrə söykənir. Bu konsepsiyanın bəyan edilməsi sırf formal xarakter daşıyır və beynəlxalq ictimai rəydə Rusiyanın xoşagələn imicini yaratmaq cəhdidir”.

Politoloq konsepsiyada Qarabağ məsələsinə bu cür yanaşmanı səmimi hesab etmir:

“Hamburqda 3+2 variantı üzrə danışıqlar getməli idi, Ermənistan buna cavab verməyərək, əksinə, Azərbaycanın ünvanına Sərkisyanın dili ilə təhdidedici fikirlər səsləndirdi. Bütün bunlar göstərir ki, Ermənistanı belə ilhamlandıran təkcə Rusiyanın verdiyi silahlar deyil, eyni zamanda, Sərkisyana verilən vədlərdir. Üstəlik, Rusiyanın Azərbaycanla bağlı tutduğu mövqedə üstüörtülü niyyətlər var”.

Qeyd edək ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yeni xarici siyasət konsepsiyasının regional prioritetləri bölümünə salıb. Qeyd olunur ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud çoxtərəfli danışıqlar mexanizminə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə birgə bəyanatlarında qeyd olunmuş prinsiplər əsasında yardım edir.