backend

Xalqa daha bir zərbə - Bu dəfə evdə qalın

Xalqa daha bir zərbə - Bu dəfə evdə qalın

















Bahalaşma dalğası hotel və şadlıq evlərinə də çatdı - Təfsilat

Ölkəni bürüyən bahalaşma dalğası hotellərə və şadlıq evlərinə də çatdı

Politika.Az-a daxil olan məlumata görə, elektrik enerjisi və mavi yanacağın qiymətində artım obyektlərə dərhal təsirini göstərib.

Eyni zamanda ərzaq məhsullarının bahalaşması də restoranların, hotellərin işini çətinləşdirib. Onlar məcburi şəkildə qiymət artımına getməli olublar.

AzTA nümayəndəsi Müzəffər Ağakərimov bahalaşmanın olacağını bildirib. M.Ağakərimov xüsusən də restoran xidmətlərində bahalaşma olacağını qeyd edib.

Çünki əksər restoranlarda qaz sobalarından çox elektrik enerjisi ilə çalışan avadanlıqlardan istifadə olunur. Həmçinin sobalardan tutmuş kondisionerlərə qədər bütün elektrik cihazları üzrə qoyulmuş həddi keçdiyinə görə restoranların xərci çoxalacaq.

Otellərin qiymət artırmasına gəlincə isə, AzTA nümayəndəsi artıq otellərin Yeni İl bayramı ilə əlaqədər olaraq nömrələri satdığını və bu səbəbdən də artıq qiymətlərdə dəyişiklik edə bilməyəcəklərini deyib.

O, otellərin, qiymət siyasətinə Yeni ildən sonrakı aylarda baxacaqlarını bildirib. Lakin ekspert bəzi otellərin qiymət siyasətinə indidən dəyişiklik etməsini də istisna etmir.

Əldə etdiyimiz xəbərlərə görə, şadlıq evləri böhran içindədir. Bir tərəfdən iqtisadi vəziyyət toyların kəskin şəkildə azalmasına təsir edib, digər tərəfdən bahalaşma vəziyyəti ağırlaşdırıb. Şadlıq evləri məcburən tarifləri dəyişməyə məhkumdur.

Məhərrəmlik ayının bitib toy mövsümünün başladığını nəzərə alsaq deyə bilərik ki, hazırda Azərbaycan xalqının iki əsas problemi var - bank borcları və toylar. Çünki toy xərcləri orta statistik azərbaycanlının ailə büdcəsində əhəmiyyətli paya malikdir.

Bəs hətta rayon sakinlərinin də övladlarına Bakıdakı şadlıq evlərində toy mərasimi keçirməsi hallarının kütləviləşdiyi indiki günlərdə bu sual avtomatik olaraq aktuallaşır: hər şeyin az qala yarıbayarı bahalaşdığı bir vaxtda şadlıq evlərində qiymətlər nə qədər artıb?

Politika.Az yazır ki, vətəndaşların ailə səbətinə qəflətən böyük fərqlə zərər olunması əhalinin vəziyyətini ağırlaşdırır. Halbuki, prezident süni qiymət artımına getməməyi tapşırıb.

Vətəndaşlar prezident İlham Əliyevdən kömək gözləyir. Böhranla bağlı tədbir görülməsə, islahatlar aparılmasa, monopolist qüvvələr cəzalandırılmasa, iş yerləri açılmasa ölkədə yoxsulluq artacaq.

Ərzaq, sərnişindaşınma, dərman və ümumilikdə bütün sahələrdə dəhşətli bahalaşma gedir, ş yerləri bağlanır, maaşlar kəsilir, işsizlər ordusu yaranır, ölkə 90-cı illərin ən ağır yoxsul dövrünə qaytarılır. Cəmiyyət panika və ajiotaj içindədir.