backend

Milyarder Babək Zəncani edam olunacaq

Milyarder Babək Zəncani edam olunacaq
















İran Ali Məhkəməsi milyarder Babək Zəncani barəsində edam hökmünü təsdiq edib.

RİA Novosti-in verdiyi məlumata görə, bunu məhkəmənin nümayəndəsi Qulamrza Ənsari deyib.

Daha əvvəl ISNA agentliyi milyarder barəsində edam qərarının ləğv olunması barədə məlumat vermişdi. Lakin B.Zəncaninin vəkili yekun qərarın bu gün məlum olacağını demişdi.

Qeyd edək ki, biznesmen B.Zəncani neft sazişləri vasitəsilə dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunub.