backend

Quldurlar zavoda basqın etdi, iki mühafizəçi yaralandı - Azərbaycanda şok olay

Quldurlar zavoda basqın etdi, iki mühafizəçi yaralandı - Azərbaycanda şok olay
















Bakıda zavoda basqın olub.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Sahil qəsəbəsi ərazisində yerləşən zavoda basqın edən 4 nəfər oranın mühafizəçiləri - 1990-cı il təvəllüdlü Ruslan Qərib oğlu Hacıyevi bıçaqlayıb, digər mühafizəçi, 1993-cü il təvəllüdlü Rəhim Arif oğlu Rəhimovun başına küt alətlə vurublar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində axytarışları davam etdirir.