backend

Bakıda qadınlara qarşı ŞOK tələ - DİQQƏTLİ OLUN! -FOTO

Bakıda qadınlara qarşı ŞOK tələ - DİQQƏTLİ OLUN! -FOTO

Saxta iş elanı ilə sakinləri aldadıb pul yığan dələduzlar barəsində dəfələrlə geniş materiallar işıqlandırmağımıza baxmayaraq, analoji hadisələr yenə də yaşanır.

Bau haqda “Qafqazinfo”ya məlumat verən şəxs bildirib ki, bu dəfə iş elanı saytlarında yerləşdirən məlumatda “Xan Dad Halal Nemət” adlı kolbasa zavoduna işçı axtarıldığı bildirilir:

“Xan Dad Halal Nemət kolbasa zavoduna işçi qadın fəhlələr tələb olunur, istehsal olunan kolbasa və sosislərin çeşitlənməsi və asqılara yığılması, sosislərin çəkiylə qablaşdırılması, qablaşdırılmış sosis və kolbasaların etiketlərinin vurulması işləri. Hər həftənin 5-ci günləri 20 manat dəyərində kolbasa və sosis evlərinə aparmağa icazə veriləcək. Bayramlarda 50 azn əmək haqlarına əlavələr olunacaq, İş qrafiki: həftənin 6 günü, saat 09.00-18.00 Bazar günü İstirahət günü. 650 azn əmək haqqı. Yaş: 19-55 yaş arası, cinsi: qadın, təhsil: ali və ya orta, satış və distribusiya sahəsində iş təcrübəsi arzu olunandır. Peşəkar keyfiyyətlər: tez öyrənmə qabiliyyəti. Müraciət edən namizədlər göstərilən vatsap nömrəsinə göndərdikləri CV xarakterli məlumatlar arasından qiymətləndirmə aparılaraq seçiləcəklər. Yuxarıda qeyd olunan tələblərə cavab verən şəxslər göstərilən vatsap nömrəsinə özləri haqda CV xarakterli məlumatlarını göndərə bilərlər”.

Bakıda qadınlara qarşı ŞOK tələ - DİQQƏTLİ OLUN! -FOTO

Göründüyü kimi, bu dəfə elan daha professional hazırlanıb və hədəf kütlə olaraq sadəcə qadınlar nəzərdə tutulub. İlk baxışdan normal iş elanı kimi görünsə də, vatsapda qarşıya qoyulan tələblər elanın ənənəvi dələduzluq vasitəsinin olduğunu göstərir. Belə ki, sadəcə vatsap ilə əlaqə saxlayan dələduzlar sığorta ödəməsi olaraq 49 manat tələb edir. Bildirilir ki, iş üçün müraciət edən şəxs ödəmə etdikdən sonra qeyd olunan vatsap nömrəsi: 050 508 10 39 ilə əlaqə saxlaya bilər.

Ancaq nömrəyə dəfələrlə zəng vursaq da, vatsap yazışmasında qeyd olunan Kamil adlı şəxslə danışmaq mümkün olmadı. Son olaraq şirkəti internet vasitəsilə axtarmağa çalışdıq. Əvvəlki elanlarda dələduzlar real şirkətlərin adından istifadə etsələr də, bu dəfə qarşımıza hər hansı bir şirkət çıxmadı.



Xatırladaq ki, daha öncə də “Qafqazinfo”da analoji hadisə ilə bağlı şikayətlər işıqlandırıldıqdan sonra Daxili İşlər Nazirliyi əməliyyat keçirərək dələduzları həbs etmişdi.