backend

XƏSTƏXANADA XƏSTƏNI DÖYÜB ÖLDÜRDÜLƏR.VİDEO

XƏSTƏXANADA XƏSTƏNI DÖYÜB ÖLDÜRDÜLƏR.VİDEO










Fərman Yusifov: “Elə ki, oğlum xəstəxananın reanimasiya şöbəsində qalırdı və vəziyyəti də gündən-günə ağırlaşırdı, həmin günlərdə şöbə müdiri Kamran Veysəlov yaşadığımız mənzilə gəldi və bizə 2 (iki) min manat pul da təklif etdi”


Bakı şəhərindəki 1 nömrəli Respublika Psixatrik Xəstəxanasında müalicəyə ehtiyacı olanları nəinki sağaldırlar, hətta az-çox sağlamlığı olanları döyməklə “o dünyaya yola salmağı” da bacarırlar. Çünki, bir neçə gün bundan əvvəl redaksiyamıza 4 övlad anası Yusifova Natella Ramazan qızı tərəfindən daxil olan şikayət ərizəsində o, vurğulayır ki, “səhhətimdə ciddi problemlərim əmələ gəldiyindən və müalicəyə ehtiyacım duyulduğundan, 1995-ci il təvəllüdlü övladım Yusifov Cavid Fərman oğlunu, Maştağa qəsəbəsində yerləşən 1 nömrəli Respublika Psixatrik Xəstəxanasına yerləşdirmək qərarına gəldik. Bu minvalla onu 20 iyul 2016-cı il tarixdə adı çəkilən müəssisəyə yerləşdirdik. Buna səbəb, övladımın sinirlərində əmələ gələn problemlərin varlığı idi. O, 28 iyul 2016-cı il tarixə qədər həmin müəssisədə qalsa da, həmin günün axşam saatlarında Cavidi 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirirlər. Səbəb də, övladımın adı çəkilən müəssisədə, yəni Kamran Veysəlovun rəhbərlik etdiyi şöbədə döyülməsi olur. Baş verən hadisədən sonra Cavid bir ay ərzində xəstəxananın reanimasiya şöbəsində koma vəziyyətində qaldı və 26 avqust 2016-cı il tarixdə də dünyasını dəyişdi. Onun sifətinin yan hissəsində və döş qəfəsində müəyyən xəsarətlər olduğundan, xəstəxananın həkimləri onun döyüldüyünü də təsdiq etdlər. Hətta, həkimlər onu da vurğuladılar ki, “Cavidin daxili orqanlarında qanaxmalar da olub.

Məni incidən hal odur ki, Cavid 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirildikdən beş gün sonra, 1 nömrəli Respublika Psixatrik Xəstəxananın səlahiyyətliləri tərəfindən bizim ailəyə məlumat verilir. Elə ki, oğlum xəstəxananın reanimasiya şöbəsində qalırdı və vəziyyəti gündən-günə ağırlaşırdı, həmin günlərdə şöbə müdiri Kamran Veysəlov yaşadığımız mənzilə gəldi və bizə 2 (iki) min manat pul da təklif etdi. Dərhal həmin puldan imtina etdik və ondan 21 yaşlı övladımı sağaltmalarını tələb etdim. Amma, nə fayda, iş-işdən keçmişdi! Çünki, Cavidin aldığı xəsarətlər, onun sağalmasına heç cür təminat vermirdi və belə bir səbəb üzündən də, o, 26 avqust 2016-cı il tarixdə dünyasını dəyişdi”.

Natella Yusifovanın redaksiyamıza ünvanladığı şikayət ərizəsini əsas tutaraq,16 noyabr 2016-cı il tarixdə Deryaz.az saytında “Xəstəxanada xəstəni döyüb öldürdülər” başlıqlı tənqidi açıqlama dərc etməyə məcbur olduq. Çünki, mərhum Cavid Yusifovun atası Fərman Yusifovun iddialarına və onun əməkdaşımıza söylədiyi açıqlamalara görə, Cavidin ölümündə birbaşa psixatrik xəstəxananın rəhbərliyindəkilər məsuliyyət daşıyırlar. Baş verən ölüm hadisəsi ilə bağlı psixatrik xəstəxananın baş həkimi Ağahəsən Rəsulovla görüşüb problemin varlığına münasibətini öyrənmək istəsək də, təəssüflər olsun ki, o, bizimlə görüşməkdən imtina etdi

Mərhum Cavid Yusifovun atası Fərman Yusifov əməkdaşımıza verdiyi açıqlamasında onu da bildirir ki, “Cavid dünyasını dəyişən saatlarda Kamran Veysəlov da 1saylı Şəhər Kliniki Xəstəxanasında idi. Ölüm hadisəsi baş verən vaxt o, bizə “siz 2 (iki) min manatı götürmədiniz, indi həmin pulu prokurorluğa verib işi bağlayacağam” dedi. Onun belə bir addımının nəticəsidir ki, bu günə kimi bir kimsə bizimlə maraqlanmayıb, hər hansı araşdırma işi də aparılmayıb. Onu da qeyd edim ki, 02 noyabr 2016-cı il tarixdə Sabunçu rayon prokurorunun sabiq müstəntiqi, hal-hazırda isə Sumqayıt şəhər Prokurorluğunda müstəntiq işləyən Rəcəb Məmmədovla görüşüb, baş verən ölüm hadisəsi ilə bağlı söhbət edərkən, onun cavabı o oldu ki, “mən hadisə yerində olmuşam. Şöbə müdiri Kamran Veysəlov mənə bildirdi ki, “Cavidi ruhi-əsəb xəstəsi olanlar vurub, ya da ki, onun özü yerə yıxılıb. Belə bir səbəb üzündən də, ölüm hadisəsi baş verib”. Amma, Cavidin ölümü ilə bağlı verilən ekspert rəyində, hadisəyə səbəb küt alətin varlığı qeyd olunur. Bu da onu söyləməyə əsas verir ki, oğlumun ölmündə küt alətdən istifadə olunub”.

Bütün bunlardan sonra belə qənaətə gəlmək olar ki, 1 nömrəli Respublika Psixatrik Xəstəxanasında müalicə alan əksər xəstələrin yolu, çox böyük ehtimalla “Semaşko”dan keçəcək.



P.S. 1 saylı Şəhər Klinik Xəstəxanası baş həkiminin müavini Adil həkim də, döyülmə vaktını təsdiq edərək bildirdi ki, “xəstə Yusifov Cavid Fərman oğlu “qapalı kəllə-beyin travması, baş-beyinin yüngül əzilməsi, sol gicgah nayihəsinin subrol qanaması, sağ almacıq yanaqvə sol alın nayhəsinin yaraları, kəm ağıllılıq diaqnozu ilə 28.07.2016-cı il tarixdə saat 17:55 radələrində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilsə də, təəssüflər olsun ki, o, 26.08.2016-cı il tarixdə dünyasını dəyişir”.Xəstəxananın şöbə müdiri Kamran Veysəlovla görüşdükdə isə, o, xəstənin yıxılaraq öldüyünü bildirdi. Lakin mərhumun atası iddia edir ki, “həkim ağ-yalan danışır, oğlumu döyərək öldürüblər”. Biz yenidən Kamran Veysəlovla telefon əlaqəsi saxladıqda “mənim sizin suallarınıza cavab verməyə vaxtım yoxdur” deməklə o, telefonunu söndürdü. Görünür “Hippokrat andı”na and içən Ağahəsən Rəsulovla şöbə müdiri Kamran həkimin mənasız vaxtları, bir gəncin mənalı ömründən daha qiymətlidir.

Qeyd edək ki,1 nömrəli Respublika Psixatrik Xəstəxananın baş həkimi Ağahəsən Rəsulovun maxinasiyaları barədə redaksiyamıza əvvəllər də müraciət olunmuşdur. O, vaxtlar Ağahəsən Rəsulovla görüşdükdə o,özündən razı halda «Bilirsiniz,mən uzun müddət MTN-n klinikasının baş həkimi işləmişəm,mənim yuxarılarda dostlarım çoxdur» deyərək bizə bildirmişdir ki, gedin nə yazırsınız yazın.

Görünür hal hazırda məhkəməsi gedən sabiq MTN generalı Akif Çovdarovun iş adamlarına verdiyi işgəncələrdə Ağahəsən müəllimin «iynələrindən» də istifadə olunurmuş.

Ağahəsən Rəsulovun »dəlilər»in taleyini etibar etdiyi erməni kadrı kimdir.Onu kadrlar şöbəsinin müdir ilə bağlayan hansı tellərdir.

Mövzu diqqətimizdədir.

Sağlam Şikəstov


XƏSTƏXANADA XƏSTƏNI DÖYÜB ÖLDÜRDÜLƏR.VİDEO