backend

SENSASIYA: Bakının bəzi icra başciları yol üstündədir - ŞOK SİYAHI

SENSASIYA: Bakının bəzi icra başciları yol üstündədir - ŞOK SİYAHI

Bakının bir neçə rayon icra başçısı dəyişə bilər

Politika.Az-ın əldə etdiyi məlumata görə, siyahıda Suraxanı rayon rəhbəri İlqar Abbasov, Yasamal rayon icra hakimi İbrahim Mehdiyev və Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun adı keçir.

Mənbənin sözlərinə görə, alt siyahıda Nəsimi rayon icra başçısı Asif Əsgərov, Sabunçu rayon şefi Adil Vəliyev, Pirallahı rayon icra başçısı Vasif İmanov vəzifəsindən kənarlaşdırıla bilər. Lakin baş siyahıda yer alan məmurların sərəncamının veriləcəyi daha real görünür.

Qaynağımız qeyd edir ki, Qaradağ, Səbail, Xəzər, Nizami, Xətai rayonlarında icra başçılarının dəyişəcəyi istisna edilməsə də hakimiyyətin real siyahısında tam olaraq adları qeyd olunmayıb.

Prezident Administrasiyası paytaxt rayonlarının rəhbərlərinin fəaliyyətini təftiş edir və monitorinqlə aparır. 2016-cı ildə hansı rayon rəhbərinin necə fəaliyyət göstərməsi ilə bağlı nəticələr qəbul olunacaq.
Hakim komanda daxilində gedən müzakirələrdən də çıxan qənaət ondan ibarətdir ki, bəzi icra hakimlərinin sərəncamı hazırlansın.

Regionlar üzrə aparılan monitorinqlər və sosial həyat səviyyəsi nəzərə alınaraq həmin bölgələrin icra başçılarının işindən kənarlaşdırılması hədəflənib.

Həmin əyalətlərdə insanların şikayət və müraciətləri, məmur özbaşınalığı və qanunsuzluqlar, Prezident Administrasiyasına göndərilən məktublar əsasında dosye tərtib olunur. Bundan sonra bəzi rayonların icra başçıları ilə bağlı qərarlar verilir.

Eyni zamanda adı müxtəlif qalmaqallı hadisələrdə hallanan və barəsində tez-tez prezidentə şikayətlər ünvanlanan icra hakimlərini qeyd etmək olar. Söhbət adı daha çox mediada müxtəlif neqativ işlərdə hallanmış məmurlardan gedir.

Qaynarxett.az