Bakıda toy mərasiminə dəvət olunmadan gələn şəxs döyülüb.
Report xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Dəniz" şadlıq sarayında qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü Əzimov Mübariz Famil oğlu tanımadığı şəxsin toy mərasimində iştirak edib. O, yeyib-içdikdən sonra qonaqlarla mübahisə edib. "Çağırılmamış qonaq" elə bəyin qohumları tərəfindən döyülərək həyətə çıxarılıb. Ağır xəsarət alan M.Əzimov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, M.Əzimov hadisə vaxtı sərxoş olub. Faktla bağlı araşdırma aparılıb.