backend

Yeni doğulmuş uşaq xəstəxanada öldü

Yeni doğulmuş uşaq xəstəxanada öldü













Bakıda yeni doğulmuş uşaq xəstəxanada ölüb.

APA xəbər verir ki, N. Yusifbəyli küçəsində yerləşən Bakı Sağlamlıq Mərkəzində 9 gün əvvəl dünyaya gələn körpə dünyasını dəyişib. Ölümün səbəbləri hələlik məlum deyil.

Baş vermiş hadisə ilə Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.