backend

YAP-çı deputat sərt danışdı: "Yalandan deyirsiniz ki, iş yerləri açmışıq"

YAP-çı deputat sərt danışdı: "Yalandan deyirsiniz ki, iş yerləri açmışıq"
















"Bir də görürsən ki, hökumət qurumları belə bir fikir səsələndirir ki, iş yerləri var, amma işləmək istəyən yoxdur.

Təklif olunan həmin iş yerlərində maaşlar hətta minimum yaşayış həddindən də aşağıdır. Bu halda insanlar necə işləsinlər?!”.

Bu sözləri hakim YAP-dan olan millət vəkili Bəxtiyar Əliyev Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, dövlət qurumlarının iş yerlərinin olması və insanların işləmək istəməmələri haqqında dedikləri uydurmadır. İş yeri var, işləmək istəmirlər ifadəsi düz deyil. Axı bu maaşa dolanmaq olmaz. Ona görə də düşünürəm ki, hökumət bu məsələyə diqqətlə yanaşmalıdır. İş yeri və oradakı əməkhaqqı məsələsinə baxılmalıdır”. (sherg.az)