backend

Serj Sərkisyandan Qarabağla bağlı şərəfsizliyi - Millət buna nə deyək bəs?

Serj Sərkisyandan Qarabağla bağlı şərəfsizliyi - Millət buna nə deyək bəs?
















Sərkisyanın administrasiyası Putinin iki rayon təklifi haqda - “Birinci dəfədir eşidirik...”

Xəbər verildiyi kimi bu yaxınlarda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş amerikalı həmsədri iyun ayında Sankt-Peterburqda keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin tərəflərə yeni təklif təqdim etdiyi haqda danışıb

Qaynarxett.az virtualaz.org-a istinadla xatırladır ki, keçmiş amerikalı diplomatın bildirdiyinə görə Putinin təklifinə əsasən Ermənistan işğal altındakı ətraf rayonlardan ikisini azad etməli, əvəzində nəqliyyat kommunikasiyaları açılmalı idi.

Ermənistanda nəşr edilən “Qraparak” (“Xalq”) qəzeti Metyu Brayzanın və daha əvvəl bəzi rusiyalı politoloqların da bəhs etdiyi bu planla bağlı Serj Sərkisyanın adına sorğu göndərib. Sərkisyanın administrasiyası sorğuya nəhayət cavab verib. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri Vladimir Akopyanın adından daxil olmuş yazılı açıqlamada deyilir ki, Metyu Brayzanın müsahiəsində bəhs olunan plan barədə administrasiyada “ilk dəfə eşidirlər”.

“Prezident Serj Sərkisyan heç vaxt Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsindən bəhs olunmayan, ancaq münaqişənin nizamlanmasının digər elementlərindən söhbət gedən danışıqlarda iştirak etməyib. Prezident danışıqlar prosesində bu prinsipə bundan sonra da əməl edəcək”-açıqlamada deyilir.

Xatırladaq ki, Putinin iki rayon təklifi haqda Rusiya tərəfi heç bir şərh verməyib. Metyu Brayza bu məlumatı “danışıqlarda iştirak edən diplomatik mənbədən aldığını” demişdi.