backend

Putin Qafqaza ordu yeridir, sabah ANKARTANI partladacaqlar,ərəb şeyxləri azərbaycanlı qızlarla niyə evlənir?

 Putin  Qafqaza ordu yeridir, sabah ANKARTANI partladacaqlar,ərəb şeyxləri azərbaycanlı qızlarla niyə evlənir?

Bu həftə ən çox müzakirə olunan məsələ azərbaycanlı gimnast, beynəlxalq dərəcəli idman ustası olan Zeynəb Cavadlının ərəb şeyxinə ərə getməsi oldu. Oxucular həm oxudu, həm də müzakirə etdi.
Məsələnin bir neçə tərəfi var: Birincisi, söhbət ərəb şeyxindən gedir, hansı ki, ilk ağıla gələn fikir qızın ona məhz puluna görə getdiyi ilə bağlıdır. İkincisi, bu şeyxin Zeynəbdən öncə daha bir azərbaycanlı arvadı var. Üçüncüsü də, biz ailə məsələlərini oxumağı, müzakirə etməyi çox sevirik. Vəssalam, bütün müzakirələrin kökündə
Amma buna görə inciməyə dəyməz. Yenə deyirəm ki, bizim əsas məsələmiz ailə məsələlərini müzakirə etməkdir, xüsusilə bu ailə tanınmış birisidirsə... Zeynəb, sən də daha narahat olma. Cəmi bir həftəlik idi, külək kimi əsib keçdi.


Öz aramızdır, bu şeyx də yaman adamdır. Bir az onun var-dövlətindən danışmaq istəyirəm. Axı mən də Aydan gəlməmişəm, sizlərdən biriyəm. Deməli bunun üç arvadı var. “Təzə gəlini” hamı tanıyır. Digər ikisinin biri ərəb, o biri də azərbaycanlıdır. Azərbaycanlının adı Nataşa Əliyevadır. Minskdə restoranda işləyirmiş, bir gün bu şeyx restorana gəlir, onu görür və evlənir. Daha sevib-sevmədiyini deyə bilmərəm. Amma reallıq budur ki, iki azərbaycanlı xanım Birləşmiş Ərəb Əmirliyinin elitasında yer alıb. Yəqin ki, şeyxin adı da sizin üçün maraqlıdır. Amma yazmıram, çünki o qədər uzun adı var ki, yazsam, gərək digər məsələləri unudaq. Ən yaxşısını siz özünüz oxuyun.


İki gün sonra Ankaranı partladacaqlar – ŞOK PLAN
“Mümkün hücum 7” adlanan sənəddə İŞİD-in Ankarada terror aktı törədəcəyi deyilir.
bunlar dayanır. Bunu ona görə deyirəm ki, idman ustamız Birləşmiş Ərəb Əmirliklərində oturub ağlayır. İstəmir ki, onu müzakirə etsinlər.
Söhbət ailə məsələsindən düşmüşkən, sizi bəzi məsləhətlərdən xəbərdar edim. Rus psixoloq və psixoterapevt Litvak Mixail Yefimoviç ailədə seks münasibətləri haqqında tövsiyələr verib. Xüsusən də cütlüyün seks istəkləri üst-üstə düşmürsə, nələr etmək lazım olduğunu bir-bir sadalayır.

Zalımın oğlu elə danışır ki, guya hər gün bu işlə məşğuldur. Haqqında araşdırma apardım. Nə az, nə çox, düz 78 yaşı var. Hitleri hakimiyyətdə görənlərdəndir. Uşaqlığı da II Dünya Müharibəsinin aclıq dövrünə düşüb.

Bizim bölgələrin birində keçirilən toyda baş verənlər isə II Dünya Müharibəsində Moskva uğrunda döyüşlərdən daha dəhşətli olub. Belə ki, dekabrın 7-dən 8-nə keçən gecə, saat 01:30-da İmişli rayonunun səmasında güclü işıqlar görünür, atəş səsləri eşidilib. Hər kəs müharibə olduğunu düşünsə də, aydın olub ki, bu səs-küy toyu olan bəyin işidir. Yəqin atəşfəşanlıq edərək, hər kəsə evləndiyini xəbər verirmiş.


Əslində, o bəyə də, elə toy edən hər kəsə təşəkkür etməliyik. Çünki nəhayət ki, ölkəmiz dünya ölkələri arasında birinci yerə çıxdı. BMT-nin Əhali Fondunun (UNFPA) yeni açıqlanmış hesabatına əsasən, Azərbaycan toylara çəkilən xərclər üzrə dünya lideridir.

Daha nə dərdimiz ola bilər ki?! Ölmədik, bunu da gördük. Amma bir xəbəri oxuyandan sonra hamıdan tez ölmək istədim, güman ki, oxucular da bununla razılaşar.

2030-cu ilə qədər 3 milyard insan susuz qalacaq. Alimlər belə deyir. Bizim Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev də deyir ki, Azərbaycanda su mənbələri azalır.

Daha yaşamağın nə mənası. Putin də Qafqaza ordu yeridir, sabaha ümidlər azalmaqdadır.


Sabah da Ankaranı bombalayacaqlar.Birisigün nələr olacaqını hec düşünmək belə istəmirəm.Zeynəb Cavadlı da bizi qınayır ki, məgər hər şeyi jurnalistlər şişirdirmiş.
Biz nəyin hayında, Zeynəb nəyin: Biz evdə istiliyi 50 faiz artırmağın yollarını axtarırıq ki, qışı necə çıxaq.

Bu Zeynəb də deyir ki, mənə niyə xeyir-dua vermirsiniz. Allah xoşbəxt eləsin, verdik, get. Amma getmişkən, axşam o ərəbləri başa sal ki, neftin hasilatını dondursunlar. Bazarda qiymət bir az artsın, biz də ağ günə çıxaq. Milyonlarla insan gözünü ona dikib. Çalış, nəsə elə...
Son olaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm: Ərəb şeyxləri son zamanlar Azərbaycana tez-tez gəlirlər. Deyəsən, ölkəmiz yaman xoşlarına gəlib? Amma insan fikirləşməyə bilmir. Bunlar azərbaycanlı xanımlarla ailə qurub nəyə nail olmaq istəyirlər?!

Nəriman