backend

Vergilər Maliyyə Nazirliyinə, gömrük isə DİN-ə verilsin! - ŞOK

Vergilər Maliyyə Nazirliyinə, gömrük isə DİN-ə verilsin! - ŞOK

Vergilər Nazirliyi vergini toplayır verir Maliyyə Nazirliyinə. Belə olan halda bu qurumun ayrıca fəaliyyət göstərməsi nəyə lazımdır?

Bunu Politika.Az-a açıqlamasında Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev deyib.

O, deputat Siyavuş Novruzovun bir sıra dövlət qurumlarının ləğv edilməsi təklifinə münasibət bildirib. Qeyd edib ki, Vergilər Nazirliyi Maliyyə Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərə bilər: “Azərbaycanda 20 nazirlik fəaliyyət göstərir. Dünyanın ən böyük, inkişaf etmiş ölkələrində belə bu qədər çox nazirlik yoxdur. Hər birinin ayrıca binası, katibəsi, maşını, yüzlərlər, minlərlə işçisi var. Onların saxlanması büdcəyə artıq yükdür. Məsələn, bəzi dövlətlərdə gömrük Daxili İşlər Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bundan başqa, çoxlu sayda qurumlar var ki, bir-birini təkrarlayır, onların ləğvi məqsədəuyğundur”.