backend

İstanbuldakı terrorun detalları bəlli olub

İstanbuldakı terrorun detalları bəlli olub













Ötən gün İstanbulda törədilən terror aktı ilə bağlı bəzi detallar məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terrorçular planı həyata keçirməzdən 1 həftə əvvəl həmin ərazini nəzarətdə saxlayıblar. İki kamikadze tərəfindən törədildiyi ehtimal edilən partlayışda 400 kq partlayıcı maddədən istifadə edildiyi bildirilir. Məlumata görə, terrorçular partlayışın təsirini daha da artırmaq məqsədilə bomba yüklü maşına partlayıcı maddələrlə yanaşı metal alətlər də yığıblar.

Xatırladaq ki, İstanbulda “Beşiktaş” stadionunun qarşısında ard-arda baş vermiş 2 partlayış zamanı 8-i mülki vətəndaş, 33-ü polis olmaqla 41 nəfər dünyasını dəyişib. Daha 155 nəfər isə xəsarət alıb.