backend

Hökumətdən islahat bombası: 6 nəhəng enerji qurumu birləşir - Tam özəl siyahı

Hökumətdən islahat bombası: 6 nəhəng enerji qurumu birləşir - Tam özəl siyahı















Azərbaycanda bir neçə enerji qurumunun birləşdirilməsi təklif olunur

Politika.Az-a hakimiyyətdəki mötəbər mənbələrdən sızan xəbərdə belə bildirilir.

İddialara görə, “Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bir vahid mərkəzə çevrilə bilər.

Bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcəyə israfçılıq kimi qiymətləndirilib. Onsuz da Azərenerji ASC Azərişıq ASC-nin tabeliyində fəaliyyətdədir Qərara alınıb ki, digər qurumlar da ondan fərqlənmir və struktur isalahatları başlansın. Adıçəkilən enerji qurumlarının ləv edilərək bir ASC tərkibində işləməsi məsləhət görülüb.

Bununla büdcəyə ciddi şəkildə qənaət edilmiş olacaq. Sözügedən qurumlarda kütləvi ixtisarların olacağı da istisna edilmir. Onların ayrı-ayrılıqda fəaliyyətinin israfçılığa səbəb olması özünə yaxın qurumlarla birləşdirilməsinə zərurət yaradıb.

Nazirlər Kabineti struktur islahatlarının qaçılmaz olduğunu müşahidə edir. Torpaq və Xəritəçəkmə Komitəsi kimi adıçəkilən bu qurumların da ləğvi gündəmdədir.
Hakimiyyət həmin ASC-lərin müstəqil fəaliyyətini büdcə üçün əlavə xərc və səmərəsizlik hesab edir. Onlar birləşdirilərək sözügedən strukturların tabeliyində də işini davam etdirə bilər.

Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır.

Dövlət rəhbərliyi bu qurumların müstəqil fəaliyyətindən narazılıq edib.

“Azəristiliktəchizat” ASC, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti, “Azərenerji” ASC, “Azərişıq” ASC, Bakı Enerji Tikinti ASC, "İstilik enerji istehsalat" MMC bu günə kimi müstəqil şəkildə ciddi bir iş həyata keçirməyib.

Dövlət orqanlarının ləğvi, əlavə xərcə səbəb olan qurumların birləşdirilməsi tam realdır. Artıq yazdıqlarımız təsdiqlənməkdədir.

“Artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə oxşar strukturlar biləşdirilməlidir. Bura özəl strukturlar daxil deyil. Az vəsaitlə daha çox işlər görməliyik”.

Bunu YAP icra-katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin Plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən deyib.

Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idaretmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir.

Bu baxımdan ciddi sosial və iqtisadi əhəmiyyət kəsb etməyən qurumlarn ləğvi, məhdud funksiyalarının başqa qurumlara verilməsi gündəmdədir.