Binaların istilik təchizatı ilə bağlı məhdudiyyətlər qoyulacaq

Sosial 15-12-2016, 19:12
Binaların istilik təchizatı ilə bağlı məhdudiyyətlər qoyulacaq
















Azərbaycanda binaların istilik təchizatı ilə bağlı bir sıra məhdudiyyətlər tətbiq ediləcək.

Yeni hazırlanan "Avtonom istilik təchizatı mənbələrinin layihələndirilməsi” adlı yeni normativ akta görə, çoxmənzilli yaşayış binalarının daxilində qazanxanaların yerləşdirilməsinə yol verilməyəcək.

Qazanxanaların yaşayış binalarına bitişik və onların damında yerləşdirilməsinə icazə veriləcək. Bu halda qazanxanaların suyun temperaturunu 115°С-yə qədər olan suqızdırıcı qazanlardan istifadə etməsi və istilik gücünün 3 MVt-dan çox olmaması lazım olacaq.

Dam qazanxanalarının yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə olmasına icazə verilməyəcək. Başqa sözlə, yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz, dam qazanxanası tikilən binanın divarı qazanxananın divarı ola bilməz.

Məktəbəqədər uşaq və məktəb müəssisələrinin binalarına, xəstəxana və poliklinikaların korpuslarına, sanatoriya və istirahət müəssisələrinin yataq korpuslarına bitişik, onların daxilində və damında qazanxanaların layihələndirilməsinə yol verilmir.

İstənilən təyinatlı binalarda 26,5 m hündürlükdən yüksəkdə dam qazanxanasının yerləşdirilməsi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmalıdır.

///Trend
Oxunub: 563
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10