backend

İsmayıllının icra başçısı kimlərin hədəfindədir? - Yazın eee, amma...

İsmayıllının icra başçısı kimlərin hədəfindədir? - Yazın eee, amma...

Son zamanlar İsmayıllının icra başçısı ilə bağlı bəzi KİV-lərdə müxtəlif yazılar yerləşdirilməkdədir

Bizim işimiz kimin nəyi necə yazmasında deyil. Təbii ki, Azərbaycanda mətbuat azaddır və yazdıqlarında sərbəstdir. Yəni nəyi istəsə yaza bilər. Amma burada vacib olan daha bir əsas MƏQAM da VAR: Jurnalist var olan NƏyi yazmaqda sərbəstdir, var olmayanı uydurmaq kimi AZADLIĞA malik deyil.

Elə bu bazımdan İsmayıllının icra başçısı haqqında yazılanları nə mətbuat azadlığına sığışdırmaq olur, nə də jurnalist dəyərlərinə.

Təbii ki, Azərbaycanda istənilən bir məmurun, ələlxüsus da icra başçısının nöqsanları yetərincədir. Və zman-zaman da bu nöqsanlara qarşı normalda yanlışların müəllifləri belə mübarizə aparırlar, aparmalıdırlar. Yəni hansısa başçının özü də maraqlı olmalıdır ki, məsələn, müxtəlif səbəblərdən narazı saldığı bir ünvandan xəbərdar olsun. Bəlkə də xəbəri olmayıb və bu baxımdan mətbuatın xidməti dəyərlidir.

Mirdamət Sadıqovun məsələsinə gələk. Kimdir bu adam? İfadələrimizə görə bizi üzürlü sayar. Ən azından bir ağsaqqal ünvanı daşıması səbəbindən. Amma səmimiyik və hansısa başqa gümanları güdmədiyimizdən seçdiyimiz ifadələri tam ələmə fürsətimiz də yoxdur. Nəyi necə bilirik, elə də ifadə edirik.

Kimdir Mirdamət Sadıqov. Gələk rəsmi olanlara...

İsmayıllının icra başçısı kimlərin hədəfindədir?

Qaynarxett.az dia.az-a istinadən bildirir ki, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub.

1957-1967-ci ildə Lahıc qəsəbə orta məktəbində oxuyub, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnsititunun Maliyyə-statistika fakultəsinin “Maliyyə” ixtisasına qəbul olub və 1971-ci ildə həmin fakultəni əla qiymətlərlə bitiribr. O, elə həmin ildə də İnsititutun “Maliyyə-kredit” kafedrasına işə qəbul olunub, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş pereporator, 1972-ci ildən 1977-ci ilə qədər “laborant” və “baş laborant” vəzifəsinə təyin edilibr.

1977-ci ilin noyabr ayının 2-də Azərbaycan Xalq Təsərrüfatı İnsititutunun Komsomol komitəsinin katibi seçilib və 1982-ci ilin sentyabr ayının 10-dək bu vəzifədə çalışıb.
1973-cü ildən 1977-ci ilə qədər həmin insititutun “Maliyyə-kredit” kafedrasının aspiranturasında oxuyub və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisadiyyat elmlər namizədi adına layiq görülüb. Əməkdə fərqləndiyinə görə 1980-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə “Əmək vəşadətinə ” görə medalı ilə təltif olunmuş, 1981-ci ildə SSRİ Ali və orta ixisas Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb.

1982-ci ilin 10 sentyabr tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnsititutu “Maliyyə -kredit” kafedrasının baş müəllimi və İqtisadiyyat fakultəsinin dekanı vəzifəsinə təyin edilib, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dossenti seçilib və 1988-ci ilin iyul ayının 8-nə qədər qeyd olunan vəzifələrdə işləyib.

1988-ci ilin iyul ayının 8-dən Bakı “Maliyyə-kredit” texnikumunun direktoru vəzifəsinə təsdiq olunaraq 1992-ci ilə qədər bu işdə çalışıb, texnikumun Azərbaycan Maliyyə-iqtisad kollecinə çevrilməsi ilə əlaqədar 1992-ci ilin aprel ayının 8-dən 1999-cu ilin iyul ayının 27-nədək kollecin direktoru vəzifəsinə təyin edilib.

1993-cü ilin mart ayından Yeni Azərbaycan partiyasının üzvüdür. 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış “Heydər Əliyev-iqtisadi idarəetmə məktəbi” nin icraçı direktorudur.

1999-cu ilin 27 iyul tarixindən 2000-ci ilin may ayının 6-dək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb və doktorluq dissertasiyasını müdafiə etmək və onu başa çatdırmaq məqsədi ilə 2000-ci ilin may ayının 6-dan Azərbaycan Dövlət İqtisad İnsitituna prorektor vəzifəsinə təyin edilib.

2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.2004-cü ildə “Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olub.

2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsindən YAP-nın Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülüb. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi “Vergi siyasəti və vergi qanunvericiliyi strateji araşdırmalar mərkəzi” nin baş idarə rəisi vəzifəsində çalışıb.

2008-ci il noyabr ayının 21-dən Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib.
2 sentyabr 2010-cu il tarixdə Prezidentin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə ona “Əməkdar Elm Xadimi” fəxri adı verilib.
Ailəlidir 4 övladı var..

İsmayıllının icra başçısı kimlərin hədəfindədir?

İndi isə ictimaiyyətin az məlumatlı olduqlarına gələk...

Əslində bu barədə Mirdamət müəllim İsmayıllıya ilk təyinat aldığı günlərdə məlumat vermişdik. Təsəvvür edin, bir icra başçısı elə icra hakimiyyətinin binası önündə camaatı başına toplayaraq, kiminsə kiməsə nəyinsə müqabilində rüşvət verməməsini tələb edir və hər kəsə bəyan edir ki, onların başında bir ağsaqqalları, bir himayədarları var. Prezident onlara bir böyük yollayıb bu böyükləri də yetərincə ədalətlidir ki, rayondakı düzənə, prezdientin siyasətinin icrasına nəzarət edə bilsin.

Bunu tələb etdi Mirdamət müəllim...

Bəlkə də boğaza qədər rüşvət çirkabında (ifadə hörmətli Hacıbala Abutalıbov cənablarına məxsusdur -N.A.) olan icra başçıları Mirdamət Sadıqovun bu müraciətini bir dəlilik kimi qəbul etdilər həmin zaman. Amma əslində bu addım həqiqətən də dəlilik idi. Amma klassik anlamında... igidlik mənasında...

Şünki ömrünün ixtiyar çağında elinin-obasının ağsaqqılığına RƏSMİ ƏMR almış Mirdamət Sadıqov daşıdığı posta təbii ki, onu həmin ünvana təyin edən möhtərəm prezidetimizin təlimatı ilə bir ağayana xarakteri də daşıma missiyası ilə yüklənib.

***

Maləsəf, bu gün onun ünvanına fəqrli-fərqli ittihamlar səsləndirirlər. Kiminsə adını çəkmirik. Ehtiyac da yoxdur. Çünki yazılanların həqiqət payının sıfırın altında olduğuna da əminik. Amma maraqlı olanı bu işdə kimlərinsə MARAQLI TƏRƏF kimi çıxış etmələridir. Yəni kimlərsə zənn edir ki, Mirdamət Sadıqov yenidən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə qayıdacaq. Ona görə də narahat olub, dünənə qədər Mirdamət Sadıqov barəsində silsilə tərif yazanlara belə böhtan xarakterli yazılar yazdırırlar.

Yəqin ki, hər kəs bu ifadədən nəsibini aldı.

Di, salamat qalın...

P.S. Əgər bir məmur barəsində yazılanlara səbirlidirsə, bu, o demək deyil ki, onun haqqında istənilən bir uydurmanı ictimailəşdirmək olar...

Qaynarxett.az