backend

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT















Bakı Şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 2. 17 saylı yataqxanada yaşayan sakinlər Politika.Az-a şikayət məktubu ünvanlayıblar

Məktubda şikayətçilər bildirirlər ki, artıq 23 ildir ki, yataqxanada dözülməz şəraitdə yaşayırlar: “Əgər buna yaşamaq demək olarsa... Dözülməz yaşayış şəraitimzlə bağlı illərdir ki, yuxarılara həm rəsmi, eyni zamanda şifahı olaraq müraciət edirik. Həmin qrumlar öz məktublar arxivində bunu dəqiqləşdirə bilərlər. Düşünürük ki, niyə dərdimizə əlac edən yoxdur?.. Fikirləşirik bəlkə yuxarılara çox müraciət etdiyimiz üçün aidiyyatı qrumlar bunu adi hal kimi qəbul edirlər? Heç soruşan varmı ki, ey yataqxana sakinləri nədir sizin dərdiniz, nə istəyirsiniz?”

Sakinlər yaşadıqları binanın, ərazinin cəhənnəmi xatırlatdığını deyirlər. Bildirirlər ki, problemlə əlaqədar döymədikləri qapı qalmayıb: “Dəfələrlə kollektiv şəkildə rəsmi dövlət orqanlarına müraciət etmişik. Yataqxanada 30 ailə yaşayır, bunların 24-ü Cəbrayıl və Zəngilan rayonundan olan qaçqın və məcburi köçkün ailələri, qalan 6-sı isə yerli sakinlərdir. Yataqxananın qəzalı və dözülməz şəraitdə olması səbəbindən həyatımızla mübarizə aparırıq.

2016-cı ilin iyul ayında yataqxananın mətbəx və dəhlizin tavan hissəsindən uçma hadisəsi baş verib. Sonra həmin vaxtda 6 yaşlı körpə uşaq, mətbəxin çürümüş taxta döşəməsinin qırılması səbəbindən başından ağır xəsarət aldı. Həmçinin 17 saylı yataqxanada şəraitsizlik və antisanitariya mühitində yaranmış infeksiya səbəbindən 4 yaşlı körpənin beyninə mikrob düşüb. Yeriyə bilmir, yataq xəstəsidir. Baxın budur güzəranımız...”

Qeyd edək ki, haqqında söhbət gedən bina 2 mərtəbəlidir. 1946-cı ildə tikilən bina hazırda qəzalı vəziyyətdədir. Yataqxana Bakı Şəhəri İcra Hakimiyyətinin, Mənzil Kommunal Təsərrüfat Departamentinin balasındadır, lakin Sabunçu rayonu İcra Hakimiyyətinin yaşayış ərazisinə daxildir. Sakinlərin bildirdiyinə görə, dəhlizdə, mətbəxdə, divarlarda, döşəmədə çatlar əmələ gəlib: “Yağışlı, xüsusi ilə də qış aylarında yataqxananın içərisinə su dolur. Çat əmələ gələn divarlarda hər an uçma təhlükəsi vardır. Kanalizasiya su xətləri sıradan çıxıb, yataqxananın içərisində antisanitariya hökm sürür. Gəmiricilər və infeksiyon həşaratlar yataqxanada məskən salıb. Burada yaşayan insanlar arasında infeksiyon xəstəliklər yayılıb. Bunu tTibbi müayinə nəticəsində də təsdiq edə bilərlər. Körpə uşaqlar, xəstə və yaşlı insanların səhətində ciddi problemlər yaranıb”.

Bildirilir ki, Fövqəlada Hallar Nazirliyinin əməkdaşları bir neçə dəfə yataqxanaya baxış keçirib və qəzalı vəziyyətlə bağlı müvafiq akt tərtib olunaraq, Bakı Şəhər İcra Hakimiyyətinə və Sabunçu Rayon İcra Hakimiyyətinə təqdim olunub: “Bu qrumlar isə qaçqınların köçürülməsi tədbirlərini, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi məşğul olduğunu bildirirlər. “Qaçqınkim” neçə illərdir ki, eyni cavab verir, deyir ki, balansımızda boş mənzil yoxdur. Deməli 30 ailənin (100 nəfərdən çox) həyatı təhlükədə olması heç kimi narahat etmir. Lakin əmin olun ki, belə davam edərsə 17 saylı yataqxanada bədbəxt hadisənin baş verməsi qaçılmazdır”.


Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT

Sabunçuda 27 ailənin həyatına təhlükə - ŞOK ŞİKAYƏT