backend

“Azəriqaz”ın Sabunçu və Yasamal idarəsində qansızlıq: Əkbər Hacıyev hara baxır?

“Azəriqaz”ın Sabunçu və Yasamal idarəsində qansızlıq: Əkbər Hacıyev hara baxır?













“Azəriqaz” İstehsalat Birliyinin Sabunçu rayon İdarəsi yenidən texniki baxış keçirməyə başlayıb

Hər il idarənin əməkdaşları qapı-qapı düşərək mənzillərdə yoxlama aparır.

İllərdir bu mənzillərdə yaşayan abonentlərin evlərində təkrar - təkrar texniki baxış keçirməyin məqsədi rüşvət yığmaqdır.

Qaz idarəsinin işçiləri hansı evdə qaz xətinin çəkilişində və ya mətbəxin yerinin dəyişməsində fakt aşkarlayırsa qaz xəttini blokayır, vətəndaşı qaz üzünə həsrət qoyur.

Bundan sonra alış-veriş başlanır və azı 100 manat müqabilində kart bokdan çıxarılır. Vətəndaş isə təbii ki, ənənəvi olaraq yenə də evində yaşayır. Sadəcə, hər il texniki baxış adı altında qanunsuzluğa yol verilir.

Qanunla həmin mənzildə qaz xəttinin çəkildiyi yer sökülməli, ev yenidən təmir olunmalıdır. Buna görə də idarə kompensasiya ödəməlidir.

Bütün bu həngamə şübhəsiz ki baş vermədiyi üçün kartı bloklamaqla vətəndaşa təzyiq edib pul qoparırlar. Bu hallar dəfələrlə təkrarlanıb.

İndi də yenidən Sabunçu Qİ tərəfindən abonentlərə xəbərdarlıq olunub ki, baxış üçün şərait yaradılsın.

Qazın qiymətinin qaldırılması ilə əhalinin yoxsul vaxtında çətinliyə salmaq azmış kimi, texniki baxış adı ilə də mənasız yoxlamalar aparıb insanları incidir, qışın şaxtasında kartları bloklayıb vətəndaşları qazsız qoyur, evləri buza çevirirlər. Kiminin xəstəsi, kiminin körpəsi var.

Politika.Az-a daxil olan xəbərə görə, Sabunçu Qaz İdarəsi rəhbərliyi Bakıxanov qəsəbəsində yerləşən “Akkord” yaşayış kompleksində də texniki baxışla bağlı xəbərdarlıq edib.

Hər il bu baxış keçirməklə külli miqdarda vəsait əldə olunur. İndi böhran dövrüdür, president islahatlara başlayıb ki, insanların sosial həyatında çətinlik olmasın.
“Azəriqaz”ın Sabunçu şöbəsi isə camaatı incitməklə məşğuldur. “Akkord”da yaşayan sakinlər Əkbər Hacıyevdən xahiş edirlər ki, tezliklə Sabunçu Qİ rəhbərliyinə göstəriş versin ki, baxış saxlanılsın.

Bu arada isə Yasamal rayon sakini Nadir Ağaverdiyev SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən şikayətçidir.

Belə ki, "Azəriqaz" İstehsalat Birliyi abonentlərin istifadə etdiyi köhnə qaz kartlarını heç bir xəbərdarlıq etmədən ləğv edib. Abonent bu haqda məlumatı yalnız “Kapital Bank”ın 2 saylı Yasamal filialına kartı yükləməyə gedərkən xəbər tutublar.

Bankdan N. Ağaverdiyevə bildiriblər ki, kart ləğv olunub, sayğac dəyişdirilməlidir, bunun üçün “Azəriqaz”ın əsas ofisinə müraciət etməlisiniz.

“Azəriqaz”ın əsas ofisinə üz tutan abonent yeni sayğacla təmin olunmasını tələb etsə də, orada ona bildirilib ki, SOCAR tərəfindən quraşdırılan köhnə qaz sayğacı Gəncə rayon qeydiyyatında olub.

Abonenti “Azəriqaz”ın əsas ofisindən də NZS-dəki sayğac idarəsində yönləndiriblər.

Oradan isə bildiriblər ki, hazırda sayğac yoxdur, növbədə hələ 50 nəfər var. Hər rayona isə günə 3 sayğac verilir.