backend

Ərdoğan: "Türkiyədəki terror aktları Suriyadakı hadisələrlə bağlıdır"

Ərdoğan: "Türkiyədəki terror aktları Suriyadakı hadisələrlə bağlıdır"
















Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Kayseridəki terror aktı ilə bağlı xüsusi açıqlama verib.

Musavat.com-un "habertürk”-ə istindən verdiyi məlumata görə həmin açıqlamanı təqdim edir: Bu gün Kayseridə bazar izninə çıxan əsgərlərimizin olduğu avtobusu hədəf alan terror aktı həyata keçirilib. 13 şəhidimiz, 55 yaralmız var. Keçən şənbə gecəsi Beşiktaşda yaşanan hadisə hələ də ürəklərimizi yandırırkən Kayseridə həyata keçirilən bu bombalı hücum acımızı daha da artırıb. Terror hadisələri, əsgər və polislərimizlə birlikdə 79 milyon vətəndaşımızın tamamını hədəf almaqdadır. Türkiyə bölücü terror təşkilatların ortaq hücumu altındadır. Xüsusilə bölücü terror təşkilatı bütün imkanlarını səfərbər edib. Hadisələrin xüsusiyyəti və hədəfləri bölücü təşkilatın əsl qayəsinin Türkiyənin önünü kəsmək, gücünü və enerjisini başqa yönlərə artırmaq, onu büdrətmək olduğu açıq şəkildə ortadadır.

Məruz qaldığımız bu hücumların bölgəmizdə yaşanan hadisələrdən, xüsusilə Suriya və İraqdakı gəlişmələrdən, hətta iqtisadiyyatdakı dalğalanmalardan ayrı olmadığını bilirik. Bu terror təşkilatlarına qarşı millətimizlə birlikdə milli səfərbərlik ruhu içərisində qərarlılıqla mücadilə edəcəyik. Gün fərqliliklər üzərindən xırda çəkişmələrlə enerjimizi xərcləmək, bir-birimizlə didişmək günü deyil. "Tək vətən, tək bayraq, tək millət, tək dövlət” prinsipləri çərçivəsində bir olma, bərabər olma, qardaş olma, hamılıqla Türkiyə olma günüdür.

Kayseridəki hücumda həyatlarını itirən şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına baş sağlığı diləyirəm. Yaralılarımıza Rəbbimdən şəfalar arzu edirəm. Rəbbim yar və yardımçınız olsun!