backend

Rəşad Məmmədovun 1 milyonluq iddia ilə bağlı şikayəti - Rədd edildi

Rəşad Məmmədovun 1 milyonluq iddia ilə bağlı şikayəti - Rədd edildi













Dövlət Bayraq Meydanının sabiq rəisi, keçmiş məhbus Rəşad Məmmədovun Səbail rayon prokurorluğuna etdiyi müraciətlə bağlı qərar verilib.

İş adamı Nazim Şıxəliyev bir müddət öncə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək R.Məmmədovun dövlət əhəmiyyətli obyektlərin təmirini ona gördürüb 1 milyon 587 min manat pulunu vermədiyini bildirib. Həmçinin, qeyd edib ki, bununla bağlı dəfələrlə R.Məmmədova imeyl yazsa da, zənglər etsə də ona cavab verən olmayıb.

R.Məmmədov isə bu yazılan imeylə əsaslanaraq Səbail rayon prokurorluğuna şikayət edərək N.Şıxəliyevin ona hədə-qorxu gəldiyini bildirib. Səbail rayon prokurorunun köməkçisi Mirfariz Seyidəliyev şikayəti araşdırdıqdan sonra cinayət hadisəsi olmadığından və R.Məmmədovun göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanılmasını rədd edib.

N.Şıxəliyev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, R.Məmmədova qarşı şikayəti hazırda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılır. İş adamı Nazim Şıxəliyev ölkə prezidentinə müraciət edərək Rəşad Məmmədovun dövlət sifarişlərini ona icra etdirdiyini, dövlət büdcəsindən həmin işlər üçün ayrılan pulları mənimsədiyini, görülən işin müqabilində ona ödəməli olduğu pulu vermədiyi üçün dələduzluq etdiyini qeyd edib. N.Şıxəliyev Rəşad Məmmədovun istintaqdan yayındığını, dəfələrlə çağırışlar olmasına baxmayaraq, ifadə verməkdən boyun qaçırdığını bildirib. O, dövlət əhəmiyyətli obyektlərlə bağlı olduğu üçün dövlət başçısından məsələni öz nəzarətinə götürməsini xahiş edib.

Qeyd edək ki, Rəşad Məmmədov bundan öncə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq), 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələi ilə ittiham olunub. Bu il mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Verilən cəzanın müddəti onun həbsdə qalma müddəti ilə eyni olduğundan R.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən verdiyi apellyasiya şikayəti təmin edilməyib.(Qafqazinfo)


Rəşad Məmmədovun 1 milyonluq iddia ilə bağlı şikayəti - Rədd edildi

Rəşad Məmmədovun 1 milyonluq iddia ilə bağlı şikayəti - Rədd edildi