backend

Səfir necə vurulub? - Şahidlər danışır

Səfir necə vurulub? - Şahidlər danışır















Rusiyanın Ankaradakı səfiri, bir neçə dəqiqə öncə güllələnmiş Andrey Karlovun vəziyyəti ağır olaraq qalır.

Qafqazinfo xəbər verir ki, hadisənin necə baş verməsi haqda Hürriyet-in Ankara nümayəndəsi Dəniz Zeyrek danışıb: "Səfir sərgidə danışan zaman silahlı şəxs əvvəlcə havaya atəş açdı. Bundan sonra səfir kürəyindən güllələndi. Və salonu boşaltdı. İçəridə bir daha səfirə atəş açdı. Silahlı şəxs salona kostyumda, qalstuklu formada daxil olub. "

Hürriyet-in fotoqrafı Haşim Kılıç isə bildirib ki, içəridəkilər həmin qara kostyumda olan şəxsi Karlovun mühafizəçisi zənn ediblər: "1 nəfər səfirin arxasında durmuşdu. Bir anda havaya və səfirin özünə arxadan atəş etdi".

Hücum edən şəxsin Hələblə bağlı danışdığı qeyd edilir. O, salonu boşaltmağı əmr edəndən sonra içəridən davamlı atəş səsləsi gəlib. Dəvətlilərin ayağının altına partlayıcı atıldığı da deyilir. Salonda 100-ə yaxın şəxs olub.