backend

Azərbaycan xalqının bilmədiyi sevindirici xəbər

Azərbaycan xalqının bilmədiyi sevindirici xəbər















İlham Əliyev böhranı 8 il necə gecikdirdi? - Özəl təfərrüat

Ulu öndərin ölməz ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən müddət ərzində dövlətimizin başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini və xalqın İlham Əliyevi dəstəkləməklə ən doğru addım atdığını göstərir.

Bütün beynəlxalq təşkilatlar birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycanın inkişafı sürətlənib, ümumi daxili məhsul istehsalının artım tempinə görə dünyanın lider dövlətlərindən birinə çevrilib.

Bu barədə Politika.Az-ın Analitik Mərkəzi məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanda baş verənlər dünyadakı qlobal iqtisadi proseslərlə düz mütənasibdir.

Azərbaycan beynəlxalq birliyə tam inteqrasiya olunmuş ölkə kimi dünyanın bir parçasıdır.

Ölkə olaraq dünya ilə siyasi və iqtisadi bağlarını qoparmayıb, ona görə də qlobal məkanda baş verənlərin Azərbaycana da təsir etməsi tam təbiidir.

Dövlət mənfi təzahürlərin ölkəyə daha gec çatması üçün profilaktik tədbirlər görə bilərdi və görüb. Elə bu tədbirlər nəticəsində qlobal məkanda başlamış iqtisadi və maliyyə böhranının Azərbaycana toxunmasını düz 8 il gecikdirə bildi.

Lisenziyaların ləğv edilməsi, gömrük sektorunda islahatlarının sürətləndirilməsi, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamalar keçirən struktur rəhbərlərinin ciddi cəzalandırılması, bu tip yoxlamalara iki il müddətinə moratorium qoyulması, istehsalının Əlavə Dəyər Vergisindən azad edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması atılmış ilk praktik addımlar idi.

Bu gün də prezident böhrana qarşı amansız mübarizə aparır. “Strateji Yol Xəritəsi”nin qəbul olunması və prezidentin qeyri-neft sektorunun inkişafına verdiyi dəstək göz qabağındadır.

Politika.Az xəbər verir ki, Azərbaycan heç də fəlakət astanasında deyil. Real vəziyyətin soyuq başla, qərəzsiz və təmkinli təhlili ölkədə aclıq, qıtlıq, sosial çöküş yaşanmayacağını göstərir. Əksinə, ölkə keyfiyyətcə yeni mərhələnin başlanğıcındadır.

Azərbaycan prezidentinin istər daxili, istərsə də xarici siyasət kursunda atdığı çevik addımlar, cəmiyyətin gözlədiyi qərarların veriləcəyini, hər şeyin daha yaxşı olacağını söyləməyə əsas verir.

Prezidentin iradəsi bütün növ islahatların sürətlənəcəyini göstərir. Yalnız proseslər cəmiyyətin iştirakı ilə, insanları məlumatlandıraraq aparılması daha önəmlidir. Çünki müasir cəmiyyətlər idarəçilik prosesində iştirak etmək, daim məlumatlanmaq istəyir.

Prezident İlham Əliyev dəfələrlə məhz cəmiyyətin bu çağırışına cavab verib, ictimai nəzarətin vacibliyini xüsusi vurğulayıb. İctimai nəzarət, vətəndaş məsuliyyəti, prosesi qabağa aparmaq üçün ən yaxşı immunitetdir.