backend

SON DƏQİQƏ - Tovuzda Xalq Ayağa qalxdı

SON DƏQİQƏ - Tovuzda Xalq Ayağa qalxdı

Artıq yarım aydan çox müddətdir ki ,Əhali Sosial Yardım üçün onlara ayrılan vəsaitini ala bilmir. Bu gün səhər saatlarında Tovuzda bir qurup əhali içində də ziyalıların olduğu təbəqə Bakı İpək yolunu bağlamağa cəht ediblər.Əhali sosial vəziyyətlərinin aşağı olmasından işsizlikdən süründürməçilikdən rayon səhiyyə sistemində baş verən qanunsuzluqdan əziyyət çəkdiklərini qeyd ediblər.
Reportyor.org-un hadisə yerində olan əmkdaşına sakinlər bildirib ki ,sosial yardım alıb problemlərinin az bir hissəsini ödədiyi üçün sürünə sürünə yaşayırdıq . Hal- hazırda onuda ala bilməyəndə evimizə bir tikə çörək apara bilmirik .

Cənab Prezident Sosial yardımı verdirdi ki, bizim kimi sosial vəziyyəti aşağı olan insanlar alsın onuda faydalana bilsin.Nəticə onada möhtac qalmışıq kamunal xərclər günü gündən qalxır, ödəyə bilmirik işsizlik baş alıb gedir bəsdirin bu biyabırçılığa son qoyulsun.

Sakinlər xahiş edir ki, onların səsinə səs verək Cənab Prezident bizim gözdən uzaq düşmüş bu rayonumuz haqqında dəqiq məlumata malik deyil
rayon icra hakimiyyəti dəqiq məlumat vermir. Biz sürünürük idarələr canımıza qənim kəsilib xəstəlik baş alıb gedir dərman tapa bilmirik .
Hər yerdə rüşvət tələb edirlər adi bir kağıza qol çəkmək üçün uzaq kəndən belə rayon mərkəzinə üç dəfə ayaq döyməlisən onda da hökmən iki manat verməsən vermirlər.
Tovuzdan araşdırmamız davam edir


Qaynarxett.az