backend

Bakıda yeni söküntü dalğası?

Bakıda yeni söküntü dalğası?
















"SSRİ dövründə Bakıda "xruşşovka" üslubunda inşa edilən yaşayış binaları müəyyən müddətdən sonra sökülə bilər".

Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib.
"Bakıda pilot layihələr çərçivəsində insanların yaşayış şəraitinin yaxşılaşdırılması və şəhərin görünüşünə ciddi xələl gətirən binaların köçürülməsi nəzərdə tutulub. Bu, əsasən 1-2 mərtəbəli binalardır. "Xruşşovka" üslubunda tikilən yaşayış binaları isə müəyyən müddətdən sonra sökülə bilər. Lakin pilot layihə çərçivəsində ilk olaraq həyat üçün təhlükəli olan azmərtəbəli binaların köçürülməsi planlaşdırılır. Bu proses hazırda Bakının, demək olar ki, bütün rayonlarında həyata keçirilir", - deyə İ.İsbatov bildirib.

///report