backend

FHN-nin 2 il öncə büdcə hesabına tikdirdiyi milyonluq park görün nə günə düşdü - VİDEO

FHN-nin 2 il öncə büdcə hesabına tikdirdiyi milyonluq park görün nə günə düşdü - VİDEO















Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində "Ecoland" parkı 2 ildən sonra tamamilə baxımsız vəziyyətə salınıb.

Dövlət büdcəsindən ayrılan vəsait hesabına "Ecoland” MMC şirkəti tərəfindən inşa edilən bu park tamamilə sular altında qalıb.

Keçmiş Bakı Yod Zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli maddələr, kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi layihəsi əsasında salınan parkın baxımsız vəziyyətdə olmasına səbəb olan qurumlar isə məsuliyyətdən boyun qaçırırlar.

Belə ki, "Ecoland" şirkəti məsuliyyəti Sabunçu rayon İcra Hakimiyyətinin boynuna atır. İcra hakimiyyəti isə Bakı Şəhər İcra hakimiyyətinin üzərinə. BŞİH isə məsələdə birbaşa Fövqəladə Hallar Nazirliyinin məsuliyyət daşıdığını qeyd edirlər.

"Azadlıq Radiosu”nun hazırladığı reportajda maraqlı məqamlar üzə çıxıb. Həmin reportajı təqdim edirik:


http://flashvideo.rferl.org/Videoroot/Pangeavideo/2016/12/8/88/88527362-2821-4519-8dc2-4ca57ebc7580_fullhd.mp4