backend

Beyninə qan sızan hakimdən son xəbər

Beyninə qan sızan hakimdən son xəbər













Bakı Ağır Cinayətlər Məhkəməsinin beyninə qan sızan hakimi Ənvər Seyidov hələ də işə çıxmır.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu gün Ə.Seyidovun icraatında 3 məhkəmə işinin hazırlıq iclası təyin edilsə də, bütün işlər təxirə salınıb. Bu məhkəmə işlərinin başqa hakimlərə veriləcəyi bildirilir.

Ə.Seyidovun icraatında olan və beyninə qan sızmadan öncə başlayan proseslər də keçirilmir. Ə.Seyodovun həyatı təhlükəsi olmasa da, səhhəti onun işə çıxmasına mane olur.