backend

Ziya Məmmədovun qardaşına yeni vəzifə verilir: Baş konsul olacaq

Ziya Məmmədovun qardaşına yeni vəzifə verilir: Baş konsul olacaq















Keçmiş millət vəkili, Nəqliyyat Naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov yeni vəzifəyə gətirilir.

Eks-millət vəkili yaxın günlərdə Ukraynanın Xarkov şəhərinə baş konsul təyin ediləcək.

Məlumata görə, Elton Məmmədov artıq bir neçə müddətdir ki, Ukraynadadır.

Maraqlıdır ki, bir neçə gün öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin Xarkov vilayətinə işgüzar səfəri zamanı Elton Məmmədov da görüşdə iştirak edib. Keçmiş deputatın bu görüşdə iştirak etməsi onun adıçəkilən şəhərə baş konsul təyin olacağınına işarə olub.

Qeyd edək ki. Elton Məmmədov bundan öncə mətbuata verdiyi açıqlamada elmi fəaliyyətlə məşğul olacağını və vəzifə arzulamadığını demişdi.