backend

Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib

Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib










21 dekabr 2016-cı il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi və son təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, baş katibi Ləman Muradova, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev və 120 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Tələbə - Gənclər Təşkilatının sədri Qoşqar Rzayev tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra "Yeni Gələcək" Gənclərin Maariflləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa cəlb etmək, bu sahə üzrə müvafiq bilik və bacarığa yiyələndirmək, cəmiyyətdə kiçik və orta sahibkarlığı təbliğ etməkdir. L.Muradova qeyd etdi ki, layihənin vəzifəsi gənclərə biznes üzrə təlimlərin keçirilməsi, onlara müvafiq qanunvericilik haqqında məlumat vermək, biznes layihələrin yazılması və idarə edilməsi üzrə təlimlərin keçirilməsidir. Qeyd edilən sahə üzrə ekspert kimi dəvət olunmuş “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev çıxış edərək bildirmişdir ki, biznes, sahibkarlıq: qanunla nəzərdə tutulumuş formada mülkiyyətdən və qeyri-maddi imkanlardan istifadə etməklə, əmtəə satışından, xidmət göstərilməsindən gəlir əldə etmək üçün müstəqil fəaliyyətdir. Sahibkarlıq bazar iqtisadiyyatının vacib atributudur. O.Nəbiyev qeyd etdi ki, sahibkarlıq qabiliyyəti dedikdə, maddi və ya intellektual mülkiyyət sahiblərinin ictimai fəaliyyətin müəyyən sahəsində daha çox yararlı olması, müəyyən işi daha müvəffəqiyyətlə icra etməsi nəzərdə tutulur. Bu qabiliyyət bir tərəfdən sahibkarın fərdi psixi xüsusiyyətindən, digər tərəfdən isə onu əhate edən iqtisadi şəraitdən asılıdır. Sahibkarliq qabiliyyəti ya ictimai fəaliyyət prosesində, ya da təhsil prosesində əldə edilir. Uzun müddət birinci yol, yəni fəaliyyət prosesi üstünlük kəsb etdiyi halda müasir dövrdə ikinci yol üstünlük kəsb edir. Sahibkarlıq qabiliyyəti xüsusi növ insan kapitalıdır.

Sonda ekspert tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə 6 müxtəlif ali və orta ixtisas təhsil müəssisələrində keçirilib və Azərbaycan Turizm və Menecment Universiteti artıq altıncı - sonuncu təhsil müəssisəsidir. Xatırladaq ki, layihənin açılış və ilk təlimi Azərbaycan Kooperasiya Universitetində, ikinci təlimi Azərbaycan Dövlət İqtisad Universitetində, üçüncü təlimi Bakı Biznes və Kooperasiya Kollecində, dördüncü təlimi “Odlar Yurdu” Universitetində, beşinci təlimi isə “Təfəkkür” Universitetində keçirilib.


Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib