backend

Rusiya üçün fəlakət üstünə fəlakət — 91 mühüm şəxsin içində olduğu təyyarə qəzası - TƏCİLİ

Rusiya üçün fəlakət üstünə fəlakət — 91 mühüm şəxsin içində olduğu təyyarə qəzası - TƏCİLİ













Rusiyanın müdafiə nazirliyinə məxsus təyyarənin qəzaya uğradığı məlum olub.

Tu-154 təyyarəsi radardan itdikdən sonra qalıqları Qara dənizdə Soçi sahillərindən 1,5 km uzaqlıqda, 50-70 metr dərinlikdə aşkarlanıb.

Yerli vaxtla saat 05.40 (Bakı vaxtı ilə saat 06.40) radələrində Soçinin Adler aerodromundan havaya qalxdıqdan qısa müddət sonra radardan itib. Məlumata görə, təyyarə havalandıqdan az sonra qəzaya uğrayıb və qəza zamanı təyyarədə məsul şəxslərdən heç kim mərkəzə qəza ilə bağlı xəbərdarlıq siqnalı ötürməyib. Mütəxəssislər qəzaya səbəb kimi pilot səhvi və yaxud da texniki nasazlığın olduğunu düşünür.

Təyyarənin göyərtəsində Aleksandrov adına ansamblın musiqiçiləri və jurnalistlər olub. Onlar yeni il şənliyi üçün Suriyanın Lazkiye şəhərinə gedirdilər.

***

Rusiya təyyarəsindən xəbər alına bilmir

Ölkə.Az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyinin Tu-154 təyyarəsindən xəbər almaq olmur.

Göyərtəsində 70-ə yaxın adam olan təyyarə radarlardan itib.