backend

Qəzaya uğrayan Rusiya təyyarəsi ilə son əlaqə anları — AUDİOYAZI

Qəzaya uğrayan Rusiya təyyarəsi ilə son əlaqə anları — AUDİOYAZI












Son məlumatlara görə Suriyaya uçarkən Qara dənizdə qəzaya uğrayan Rusiya təyyarəsində NTV telekanalının jurnalistləri də olub. Bunlar müxbir Mixail Lujetski, operator Oleq Pestov və səs operatoru Yevgeni Tolstovdur.

Redaksiyamiz virtualaz.org-a istinadən xəbər verir ki, təyyarənin qəzaya uğraması ərəfəsində aviadispetçerlə komandir arasında danışığın audioyazısını yayıb.
Səs yazısına əsasən dispetçer təyyarə komandirinə uçuş marşrutu boyu hava şəraitini, küləyin sürətini və digər məlumatları çatdırır, lakin seansın sonunda təyyarə ilə əlaqə qəfildən kəsilir.



Life.ru artıq sərnişinlərin və heyət üzvlərinin siyahısını yayıb. Siyahıya əsasən, sərnişinlər arasında bundan əvvəl açıqladığı kimi Rusiya Müdafiə Nazirliyinin hərbi polisinin rəisi, general-leytenant Vladimir İvanosvkinin olduğu təsdiqlənmir. Lakin Rusiya Müdafiə Nazirliyinin Aleksandrov adına hərbi xorunun bədii rəhbəri, general Xəlilovun sərnişinlər arasında olduğu siyahı ilə təsdiqlənib.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi, general İqor Konaşenkov bildirib ki, xilasedicilər təyyarənin sərnişinlərindən birinin cəsədini aşkar ediblər. Cəsəd sahildən 6 km məsafədə tapılıb və gəminin göyərtəsinə qaldırılıb. KİV-lər daha bir neçə cəsədin tapıldığını xəbər verir.