backend

İcra başçısı Elman Rüstəmovu bəlaya salıb - Cəbrayıl şefinin siftəsi korlandı

İcra başçısı Elman Rüstəmovu bəlaya salıb - Cəbrayıl şefinin siftəsi korlandı













Cəbrayılın yeni icra başçısının siftəsi korlandı. Kamal Həsənovun Biləsuvardakı etiraz aksiyasından sonra reputasiyası zədələndi

Qaynağın sözlərinə görə, mediaya və ictimaiyyətə hələ ki tanış olmayan Cəbrayılın icra başçısı sələfinin aqibətini yaşaya bilər.

K.Həsənovun da etiraz aksiyasının qurbanı olacağı istisna edilmir. Daha əvvəlki icra başçısı da əhalinin etirazlarından sonra vəzifəsini itirmişdi.

Onun yerinə gələn K.Həsənov isə Tarif Şurasının güdazına getdi. İşıq pulunun qalxması Biləsuvarda köçkünləri ayağa qaldırdı, qarşıdurma yarandı və yerli məmurların özbaşınalığı əhalini polislə üzbəüz qoydu.

Vaxtında sakinlərlə görüşüb, onların şikayətini dinləyən olsaydı, Cəbrayıl İH-nin məsul şəxsləri və icra hakimi onlarla maraqlansaydı, bu problemi yoluna osaydı indi hadisələr də yaşanmazdı.

Məlumatlara görə, K.Həsənova qeyri-rəsmi şəkildə xəbərdarlıq olunub. İcra başçısının nəzərinə çatdırılıb ki, prezident onu təyin edərkən köçkünlərlə tez-tez maraqlanmağı tapşırıb.

İcra başçısı isə laqeydlik nümayiş etdirib və nəticədə camaatı ayağa qaldırıb. Üstəlik, sosial etirazların ilk olaraq Cəbrayıldan başlanması heç də yaxşı əlamət deyil.

Onu da deyək ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı uğrunda gedən savaşın sonunda məhz Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov qalib ayrılıb.

Mahmud Quliyevin yerinə Cəbrayıl rayonuna icra başçısı təyin olunan şəxs – Kamal Həsənov həm Elman Rüstəmovun həmyerlisi, həm də onun ən yaxın adamlarından biridir.

Bildirilir ki, əslən Cəbrayıl rayonunun Quycaq kəndindən olan yeni icra başçısı sovet illərində komsomol katibi vəzifəsində çalışsa da, onun sonuncu iş yeri Elman Rüstəmovun yanında olub.

Mətbuatda qeyd olunur ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğu vaxta qədər Kamal Həsənov Mərkəzi Bankda lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsində təmsil olunub.

Bu isə bir daha onu deməyə əsas verir ki, Elman Rüstəmov sözügedən savaşında sonunda digər həmyerlisi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova qalib gələrək Cəbrayıl İcra Hakimiyyətinin başına məhz öz adamının gətirilməsinə nail olub.

Məlumata görə, indi K.Həsənov baş bankiri pis vəziyyətdə qoyub. Onsuz da maliyyə sektorundakı vəziyyətə görə başı ağrayan Rüstəmovun indi də namizədinə görə işi cəncələ düşüb.

Mərkəzi Bankın rəhbərinin uzun müddətdir ki, Cəbrayıl rayonunu «kurasiyasında» saxladığını iddia edən mənbə bildirir ki, Elman Rüstəmov bir sıra yollara baş vuraraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin əsas və rezerv namizədlərini «neytrallaşdırmağa» müvəffəq olub.

Deyilənlərə görə, Kamal Həsənov Elman Rüstəmovun əsas namizədi olub. O, bu savaşda rezerv namizədini oyuna salmadan qələbəsini təmin etməyi bacarıb. Bu faktın özü bir daha onu təsdiqləyir ki, Elman Rüstəmov Əli Həsənovdan yetərincə güclü, təsir imkanları olan kadrdır.

Ehtimal olunur ki, Əli Həsənov Kamal Həsənovun tezliklə özünün namizədi ilə əvəzlənməsi üçün əlində olan bütün rıçaqlardan istifadə edəcək. Əgər bu, baş verərsə, o zaman Mərkəzi Bankın rəhbəri ilə onun arasında uzun müddətdir ki, hökm sürən mübarizə yeni fazaya qədəm qoya bilər. \\regionxeberleri.com\\