backend

Biləsuvarda çobanın sevgi macarası ölümlə nəticələndi — EKSKLÜZİV

Biləsuvarda çobanın sevgi macarası ölümlə nəticələndi — EKSKLÜZİV












Biləsuvarda çoban digər çobanın övladları tərəfindən qətlə yetrilib.

Hadisə rayonun Muğan adlanan Obalıq ərazisində baş verib. Əslən Yardımlı rayonunun Alar kəndində olan Nabil Rəhmanov səhər tezdən mal-qaranı otarmaq üçün evdən çıxıb.

Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabili axtarmağa başlayıblar. 28 yaşlı gəncin meyitini qonşu ərazidəki çobanın həyətində aşkar olunub.

Mərhumun atasının sözlərinə görə, Nabil elə həmkəndliləri tərəfindən bıçaqlanaraq qətlə yetrlib. Ehtimal olunur ki, hadisə Nabilin həmkəndilisi olan xanımla ilə sevgi həyatı yaşaması, amma onunla ailə qurmaması səbəbindən baş verib.

Hazırda həmin qız və qardaşı polis tərəfindən saxlanılıb.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi başlanıb. İstintaq araşdırmaları davam etdirilir.