backend

İsraildən yəhudilərə çağırış - “O ölkəni tərk edin...”

İsraildən yəhudilərə çağırış - “O ölkəni tərk edin...”












İsrailin Müdafiə naziri Aviqdor Liberman Fransada yaşayan yəhudilərə çağırış edib.

“Qafqazinfo” rus xarici KİV-nə istinadən xəbər verir ki, MN rəhbəri yəhudilərə müraciət edərək, onların Fransanı tərk etməsini istəyib. A.Liberman “Yəqin ki, Fransada yaşayan yəhudilərə “Bu ölkə, bu torpaq sizin deyil. Fransanı tərk edin, İsrailə gəlin” deməyin vaxtı çatıb”,- deyə fikir bildirib.

Nazirin bu bəyanatına səbəb 2017-ci il yanvarın 15-də Fransada keçiriləcək beynəlxalq konfransdır. Təxminən 70 ölkə və beynəlxalq təşkilatların iştirakı ilə baş tutacaq konfrans Yaxın Şərqdə sülh mövzusundadır. Libermanın sözlərinə görə, İsrail dövlətinə qarşı olan bu birliyə ən yaxşı cavab yəhudilərin Fransanı tərk etməsi ola bilər. Nazir onu da qeyd edib ki, konfransın əsl məqsədi İsrailin adına qara yaxmaq və ölkənin təhlükəsizliyini pozmaqdır.