backend

Vərəm Dispanserində baş verən qətlin - Təfərrüatı

Vərəm Dispanserində baş verən qətlin - Təfərrüatı















Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.

Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki Vərəm Dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qaynanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qaynanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.

Araşdırmalar zamanı məlum olub ki, E.Hüseynovun ailəsində həyat yoldaşı ilə ciddi problemləri olub. Qadın işsiz olan, arabir fəhləlik edən E.Hüseynovdan boşanmaqla bağlı Xəzər Rayon Məhkəməsinə müraciət edibmiş və onlar boşanma ərəfəsində imişlər. Lakin 24 yaşlı Elçin ailəsinin dağılmamasını istəyib və baş verənlərdə qaynanasını günahlandırıb. O, dünən də xəstəxanada qaynanasını onun ailə işlərinə müdaxilə etməkdə, evini dağıtmaqda günahlandırıb və məlum cinayəti törədib.

Qeyd edək ki, ailənin körpə uşağı var.

///Lent.az