backend

AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMƏZ

AĞ RƏNG QARA LƏKƏ GÖTÜRMƏZ

Şəhərdə təsadüfən bir tanışımla rastlaşdım. Hal-əhval tutduq, xeyli söhbət etdik. Nəqliyyat sahəsində çalışan tanışım söhbəti jurnalistika istiqamətinə yönəltdi, ünvanımıza xoş sözlər söyləməklə bərabər bəzi uzdəniraq media işçilərinin əməlləri barədə acı təəssuf hissi ilə danışdı və əlindəki qəzeti mənə uzadaraq orada dərc edilmiş bir yazını oxumağı təkidlə xahiş etdi. Oxudum. Anonim xarakterli bu yazi respublikada yaxşı tanınan bir neftçi haqqında idi. Altında imza qoyulmayan yazıda sadalananların son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu dərhal açıq-aydın gorünürdu. Heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazını qəzet səhifəsinə çıxarmaqla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi isə deməyə ehtiyac duymadım.


Tanışım yazıda adı hallanan neftçinin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətlərindən o qədər xoş sözlər danışdı ki, bu adamla əlaqədar araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istədim. Çunki, ortaya belə bir sual çıxırdı: Doğrudanmı ömrünü xalqa və dövlətə xidmət etməyə həsr edən, cəmiyyətdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?

Əvvəlcə tanıdığım bir neçə neftçi ilə göruşub onun barəsində soruşdum, onun rəhbərlik etdiyi idarənin bəzi əməkdaşları ilə söhbətləşdim və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər.

Qurbanov Cavid Qənbər oğlu — "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı.

Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur[1]. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977-1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997-2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.

123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

İşlədiyi müddətdə dəfələrlə rəhbərliyi tərəfindən onun fəaliyyəti yüksək qiymətləndirilib, fəxri-fərmanlarla təltif olunub.

Qısa zaman ərzində Cavid müəllimin rəhbərlik etdiyi kollektiv tərəfindən görülən işlərin siyahısına nəzər salanda isə bu sahəsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bu müddət ərzində bu qədər iş görmüş kollektiv sözün əsil mənasında alqışa layiqdir desək, yəqin ki, diqqətli oxucularımız da bizimlə razılaşarlar.

Elin gözü tərəzidir

P.S.Di gəl, çox təssüflər olsun ki, Cavid Qurbanovun uğurlarını həzm edə bilməyən qeyri - konstruktiv qüvvələrə xidmət edən bəzi kütləvi informasiya vasitələri onun barəsində hədyan informasiyalar yaymağa çalışırlar. Dövlətçiliyə bunca sadiq adamı az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, yalan ayaq tutar, yeriməz, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də özlərinin xeyrinə iş görsünlər.