backend

DÇ-2014: Rusiya gözlənilən oyunu sərgiləmədi

DÇ-2014: Rusiya gözlənilən oyunu sərgiləmədi

Akinfeyev kobud səhvə yol verdi.

Braziliyanın Kuyaba şəhərinin Pantanal stadionunda Rusiya Cənubi Koreya ilə üzləşdi.

Oxu.Az xəbər verir ki, ilk hissədə komandalar olduqca baxımsız oyun nümayiş etdirdilər.

Hər iki yığma bir-iki qol vəziyyəti yaratsa da, sonda həm qapıçı, həm də müdafiəçilər yaxşı oynayırdılar. İlk hissə qolsuz bərabərliklə bitdi.

Oyunun ikinci yarısı isə Rusiya yığmasının qapıçısı İqor Akinfeyevin kobud səhvləri ilə yadda qaldı. Bir neçə ardıcıl kobud səhvə yol verən qapıçı, 68-ci dəqiqədə Li Kın Xonun
zərbəsindən sonra sadə bir epizodda topu saxlaya bilmədi, 0:1.

Rusiyanın baş məşqçisi Kapello bu qoldan sonra iki uğurlu dəyişiklik etdi. Meydançaya Kerjakov və Denisov daxil oldular. 78-ci dəqiqədə Aleksandr Kerjakov bərabərlik topunu vurdu.

Bundan artığına isə rusların gücü çatmadı və oyun 1:1 hesabı ilə yekunlaşdı.