backend

DÇ-2014: Braziliya Meksikaya qarşı

DÇ-2014: Braziliya Meksikaya qarşı

Oyunun qəhrəmanı meksikalı qapıçı Qilyermo Oçoa oldu.

“Estadio Kastelao” stadionunda ikinci turun ilk oyununda Braziliya Meksika ilə qarşılaşdı.

Braziliyalılar çox hücum edirdilər, bir neçə dəfə qol vurmağa yaxın oldular. Lakin meksikalı qapıçı Qilyеrmo Oçoanın inamlı oyunu buna imkan vermədi.

Meksikalı futbolçular da hücum etməkdən çəkinmirdilər. Onlar uzaqdan zərbələrə üstünlük verirdilər.

Lakin hər iki komandanın bütün səylərinə baxmayaraq oyunda hesab açılmadı.

Braziliya 0:0 Meksika.