backend

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz şəxs, nümunəvi icra başçısıdır. Bu şəxs kimidir? Bu şəxs hər kəsin dostu sadə azərbaycanlı Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadədir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Mübariz Əhmədzadə. Bu insan, O qədər məsuliyyətli və diqqətçildirki, hansı yerdə işləməyinə baxmayaraq, həmin yerin tərəqqisi yolunda əlindən gələni əsirgəmir.

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Zaqatala rayonuna gəldiyi gündən Mübariz Əhmədzadənin icra başçısı vəzifəsini daşıdığı Zaqatala rayonunda görülən işlərin siyahısına nəzər salanda isə Zaqatala rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Zaqatala rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Zaqatalanın Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin əməyi böyükdür. Mübariz müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Zaqatalada son aylar həyata keçirilən işlər danılmazdır. Hiss olunur ki, bütün varlığı ilə doğma torpağına bağlı olan bir adamdır. Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Zaqatalanın xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Zaqatala tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Zaqatala dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Zaqatalada turizmin inkişafı üçün potensial imkanlar yaradır. Zaqatala rayonunun ərazisində gələcəkdə inanırıq ki, ekoturizm də inkişaf etdiriləcək. Bu da Zaqatalanın regionun turizm mərkəzlərində birinə çevriləcəyini göstərir. Bir sözlə, Zaqatala inamla gələcəyə doğru addımlayır.

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Doğrudan da Zaqatala regionun mərkəzinə çevrilməkdədir. Rayonun regionun ən gözəl şəhərlərindən birinə çevrilməsində rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin əməyi böyükdür. Əminik ki, Zaqatala bundan sonra da gözəlləşəcək və abadlaşacaq. Biz Zaqatalanın respublikamızın ən gözəl və abad rayonlardan birinə çevrilməsində böyük əməyi olanların hamısına, o cümlədən rayon rəhbərliyinə bu şərəfli işdə uğurlar arzulayırıq.

Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL













Ona görə də, biz burdan üzümüzü tütüb bəzi saytlara və qəzetlərə deyirik ki, öz mənfəətiniz üçün yalan-böhtan məlumatları dərc etməyəsiniz. Necə ola bilər ki, Mübariz müəllimin rayonda gördüyü işləri görmədən yalan və şantaj xarakterli yazılar dərc edəsiniz? Sayt və qəzet rəhbərləri bu cür hallar əsil jurnalistə yaraşan hərəkət deyil. Ona görə də yazı hazırlayarkən əvvəlcə işi araşdırın sonra olduğu kimi dərc edin.


Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL
Şərəfli həyat yolu, layiqli iş - Mübariz Əhmədzadə - ÖZƏL