Cəbhədə son vəziyyət

hadise 31-12-2016, 14:00
Cəbhədə son vəziyyət













Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub.

Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Aşağı Əskipara kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Oxunub: 663
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10