backend

Lerikin icra başçısı uşaq bağçalarındakı 200-300 manatlıq rüşvətə də göz dikib

Lerikin icra başçısı uşaq bağçalarındakı 200-300 manatlıq rüşvətə də göz dikib

Lerik rayonundakı heç bir bağça müdiri özünə başçının xəbəri olmadan işçi götürə bilməz

Lerik rayonundakı özbaşınalıqlarla bağlı redaksiyamıza daha bir informasiya daxi olub. Belə ki, rayondakı qaynaqların Dia.az-a bildirdiklərinə görə, daşdan da pul çıxarmağı qarşısına məqsəd qoyan Lerik rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov indi də rayon ərazisindəki uşaq bağçalarının daxili işlərinə müdaxilə etməyəbaşlayıb.Rayondan bildirilir ki, icra başçısının göstərişinə əsasən bağça müdirlərinin səlahiyyətləri qanunsuz olaraq əllərindən alınıb. Mənbənin söylədikləri: «Bu gün Lerik rayonundakı heç bir bağça müdiri özünə başçının xəbəri olmadan işçi götürə bilməz. Bu isə o deməkdir ki, bütün təyinatları əlinə cəmləşdirən icra başçısı hətta xadimələrin işə götürülməsi zamanı alınan 200-300 manatlıq rüşvətə belə göz dikib».

Mənbə onu da bildirir ki, Rövşən Bağırovun bu «islahatı» bağça müdirlərinin haqlı narazılığına səbəb olsa da, şikayət edəcək cəsarətlərinin olmaması ilə yanaşı, həm də şikayətçi düşəcəkləri ünvanı belə tanımırlar.