backend

Eldar Mahmudov məmurları necə dinləyib? - “ATS-lərə avadanlıqlar yerləşdirmişdik" - ŞOK İFADƏ

Eldar Mahmudov məmurları necə dinləyib? - “ATS-lərə avadanlıqlar yerləşdirmişdik" - ŞOK İFADƏ













Sabiq BTRİB rəisi, hazırda Sabunçu telefon qovşağının rəhbəri Nəriman Salmanov telefon danışıqları vasitəsilə dinləmələrin hansı qaydada həyata keçirilməsi və hətta dövlətdə yüksək vəzifələrdə təmsil olunan şəxslərin istifadə etdiyi 4 rəqəmli telefon nömrələrinin də dinlənilməsi barədə ifadə verib.

Redaksiyamız xəbər verir ki, "qafqazinfo”nun "MTN işi” ilə bağlı cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, N.Salmanov bildirib ki, Bakı şəhərində yerləşən telefon qovşaqlarının əksəriyyətində ləğv edilmiş MTN-ə məxsus otaqlar olub: "Həmin otaqlarda da müvafiq avadanlıqlar yerləşdirildi, otaqlara baxmaq səlahiyyətim yox idi. Eyni zamanda ATS-lərin Krosslarında (ara bağlantı) MTN-ə məxsus müdafiə zolaqları var idi, həmin müdafiə zolaqları MTN-ə məxsus otaqlarla kabel vasitəsilə birləşdirilmişdi. Həmçinin hər bir ATS-in Krossunda MTN-lə əməkdaşlıq edən işçi olurdu, hər hansı abonentin danışığına qulaq asmaq zərurəti yarandıqda MTN əməkdaşının müvafiq Kross işçisinə bu barədə şifahi məlumat verirdi. Kross işçisi də deyilən abonentə məxsus naqili MTN-ə məxsus müdafiə zolağına birləşdirirdi. Daha sonra isə qulaq asma prosesi başlayırdı”.

İttihama görə, keçmiş MTN rəhbərliyi dövlətin yuxarı pillələrində təmsil olunan şəxslərin istifadə etdiyi 4 rəqəmli teleofonları da dinləyib.

N.Salmanov Yasamal telefon qovşağının "Kross sexi”ndə hökumət rabitəsinə məxsus dörd rəqəmli abonentlərlə aparılan danışıqlara qulaq asılmasından məlumatsız olduğunu deyib: "Bakı telefon rabitəsi istehsalat birliyinin baş direktoru vəzifəsində işlədiyim müddətdə xidməti otağımda neçə ədəd telefon yuvasının qoşulduğunu xatırlamıram. Ancaq təxminən 4 ədəd telefon xəttindən istifadə olunurdu. Mən vəzifədə olanda 34 ədəd telefon xətti olmadığını dəqiq bilirəm. Beytulla Hüseynov yalan deyir, həmin telefon xəttlərini sonradan özü çəkdirib”.