backend

İran prezidentindən bəyanat — terrorun kökünü kəsməliyik

İran prezidentindən bəyanat — terrorun kökünü kəsməliyik












İran prezienti İstanbul terrorundan sonra yeni bəyanatla çıxış edib.

Ruhaninin fikrinə əsasən terrorun kökü kəsilməzsə, bu bir virus kimi hər yerə yayılacaq.

İran dövlət televiziyasında çıxış edən Ruhani gündəmə uyğun mövzuları dəyərləndirəndə 40 nəfərin ölümünə səbəb olan İstanbul terrorunu üzüntü ilə qarşıladıqlarını bildirib. Prezident deyib: "Yeni ilin ilk günü İstanbul terroru ilə qarşılaşdıq. Günahsız, müdafiəsiz insanların öldürülməsini qınayırıq. Bu hadisə terrora qarşı mübarizə aparmayıb onu ortadan qaldırmadıqca bir virus kimi hər tərəfə yayılacağını göstərir".

İran prezidenti Suriya məsələsinə də toxunaraq bölgədəki problemləri həll etmək üçün rəsmi Tehranın müntəzəm olaraq Suriya, Rusiya və Türkiyə ilə təmas halında olduğunu bildirib.