backend

Culian Assanc: "Obama Rusiyadan deyil, Trampdan qisas alır"

Culian Assanc: "Obama Rusiyadan deyil, Trampdan qisas alır"












Məşhur WikiLeaks saytının rəhbəri Cullian Assanc yeni bəyanatla çıxış edib.

Assanc Rusiya hakerləri tərəfindən ABŞ-dakı seçkilərə müdaxilə məsələsinin Obama və demokratlar partiyasının yenidən hakimiyyətdə qalmaq üçün son şans olduğunu deyib.

"Obama və Demokratlar sübut etmək istəyir ki, Trampın qələbəsi legitim deyil. Onlar apardıqları araşdırmanın nəticələrini açıqlamamaqla da bunu sübut edirlər".

Assanc iddia edib ki, əslində Obama Trampla və respublikaçılarla mübarizədə Rusiyanı qurban verir.

"Bu münasibətlərin pisləşməsi həm də Trampın gələcəkdə yoluna qoymalı olduğu əsas çətinlikdir. Mən Rusiyanın seçkilərə müdaxilə etdiyinə inanmıram".