backend

Vitali Balasanyan: Müharibə qələbəmizlə nəticələnəcək

Vitali Balasanyan: Müharibə qələbəmizlə nəticələnəcək

Dağlıq Qarabağdan olan “siyasətçi” bizə hədə-qorxu gəlir.

Ermənistan və Dağlıq Qarabağ tezliklə strateji ittifaq barədə dövlətlərarası müqavilə imzalamalıdır.

qaynarxett.az erməni KİV-nə istinadən xəbər verir ki, bu fikri “DQR parlamentinin” deputatı Vitali Balasanyan “Milli dirçəliş” partiyasının rəsmi nəşr orqanına müsahibədə bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu və digər beynəlxalq strukturlar çərçivəsində güc tətbiqini istisna edən sənədlərin imzalanması labüddür. Bu addımlar atəşkəs rejimini möhkəmləndirəcək.

Vitali Balasanyanın qeyd etdiyi kimi, Azərbaycan tərəfinin militarist bəyanatları beynəlxalq ictimaiyyətin diqqətində olmalıdır, əsasən də İran və Rusiyanın.

“Yenidən müharibə başladığı təqdirdə bizim qələbəmizlə nəticələnəcək, Azərbaycan tamamən məğlub ediləcək. Bu gün sərhədlərimizin tarixi Kür-Araz-İran sərhəddi ilə keçməməsi bizim səhvimizdir.

Bunun üçün təşəkkür etmək əvəzinə Azərbaycan hakimiyyəti bizi müharibə ilə qorxudur. Deyəsən, 1990-cı ildə verilən dərsi unudublar”, - Vitali Balasanyan qeyd edib.

Madrid prinsiplərinə gəldikdə isə, “qarabağ deputatı” onların realizəsini mümkünsüz hesab edir.

“Bu təhlükəli prinsiplərdir, onlar vəziyyəti daha da mürəkkəbləşdirəcək. Qarabağ tərəfi üçün Qarabağ-Azərbaycan tənzimlənməsinin və yanaşmasının cari təhrif edilmiş formatı qəbuledilməzdir.

Dağlıq Qarabağın iştirakı ilə istər ATƏT-in Minsk qrupu çərçivəsində və ya xaricində mütləq yeni prinsiplər hazırlanmalıdır”, - Vitali Balasanyan bəyan edərək, təhlükəsizliyin müasir zəmanət mexanizmi kimi, DQR-in beynəlxlaq tanınmasının mütləq olduğunu da vurğulayıb.