backend

Baş redaktor yüksək vəzifəli məmurun oğlu tərəfindən təhdid və təhqirə məruz qalıb-Yenilənib

Baş redaktor yüksək vəzifəli məmurun oğlu tərəfindən təhdid və təhqirə məruz qalıb-Yenilənib

Sayt rəhbəri bildirib ki, o heç bir yol hərəkəti qaydasını pozmayıb

Dünən axşam saatlarında Xətai metrosunun yaxınlığında Bolgexeber.com saytının baş redaktoru Vasif Turan naməlum şəxs tərəfindən təhdidə məruz qalmışdır. Belə ki, 90-EG-111 dövlət nömrə nişanlı “Cip” markalı avtomobili idarə edən şəxs Vasif Turana məxsus avtomobilin qabağını kəsmiş və bildirmişdir ki, baş redaktor idarə etdiyi avtomobil ilə onun maşınını zədələmişdir.

Sayt rəhbəri bildirib ki, o heç bir yol hərəkəti qaydasını pozmayıb və əgər onun avtomobili həmin adamın avtomobilinə toxunsaydı maşında hər hansı bir iz qalardı.
Lakin məlum olub ki, həmin avtomobildə cızıq belə yoxdur. Amma buna baxmayaraq həmin şəxs açıq-aşkar baş redaktora böhtan atmış , ona hədə -qorxu gələrək bildirmişdir ki, onun atası yüksək vəzifəli məmurdur və buna görə ona hər şey keçərlidir. Hadisə yerinə gələn Xətai rayon yol polisləri “Cip” sahibinin iddiasına təəccüb ediblər. Çünki avtomobildə zərrə qədər də olsun əzik olmayıb. Lakin bütün bunlara baxmayaraq həmin şəxs baş redaktoru təhqir etməkdə davam etmiş və onu cəzəlandıracağını bildirmişdir. Ən maraqlısı odur ki, araşdırma zamanı məlum olmuşdur ki, 2013-cü ildən həmin maşın axtarışdadır.

Buradan da belə nəticə çıxartmaq olar ki, həmin adam həqiqətən yüksək vəzifəli məmurun oğludur və bu səbəbdən yol polisləri məmur atasına arxalanan həmin şəxsdən çəkinirlər. Əks halda axtarışda olan maşın sahibi məsuliyyətə cəlb edilməli idi. Məsələ ilə əlaqədar sayt rəhbəri artıq aidiyyatı qurumlara müraciət etmişdir. Bolgexeber.com bildirir ki, baş redaktor həmçinin bu məsələni nəzarətdə saxlaması üçün daxili işlər naziri cənab Ramil Usubova müraciət edəcəyini bildirmişdir.
Qeyd:Aldığımız son məlumarta görə baş redaktor hadisə ilə bağlı artıq baş prokuror Zakir Qaralova və daxili işlər naziri cənab Ramil Usubova müraciət edib.

qaynarxett.az