backend

KXCP Türkiyə müxalifətinə təbrik məktubu göndərdi

KXCP Türkiyə müxalifətinə təbrik məktubu göndərdi

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Türkiyənin aparıcı müxalifət partiyaları olan Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasına (MHP) vahid namizədlə bağlı verdiyi qərara görə təbrik məktubu göndərib.

Partiya sədri Mirmahmud Mirəlioğlu Teleqraf.com-a açıqlamasında deyib ki, CHP və MHP-nun Ekmelledin İhsanoğlunun vahid namizədliyi üzərində razılığa gəlməsini yüksək qiymətləndirir :“Biz həm MHP, həm də CHP-yə təbrik məktub ünvanladıq. Onların bu qərarını alqışlayırıq və hesab edirik ki, çox doğru seçimdir”. Onun fikrincə, “çatı aday”ın udmaq şansı böyükdür: “İhsanoğlunun qarşısında Ərdoğan şanssızdır”. Qeyd edək ki, avqustun 10-da Türkiyə Respublikası tarixində prezidenti ilk dəfə xalq seçəcək. Türkiyənin əvvəlki 11 prezidenti Böyük Millət Məclisində seçilib. 2007-ci ildə seçilmiş 11-ci prezident Abdulla Gülün səlahiyyət müddəti bu il başa çatır. Hakim Ədalət və İnkişaf Partiyasının seçkidə baş nazir Rəcəb Tayyib Ərdoğanı namizəd göstərəcəyi şübhə doğurmur. Türkiyənin aparıcı müxalifət partiyaları seçkilərdə vahid namizədlə qatılacağını bəyan edib. İyunun 16-da İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu CHP və MHP-nin prezidentliyə vahid namizədi elan olunub.

qaynarxett.az