backend

TƏCİLİ: Rusiyanın daha bir diplomatı ölü tapıldı

TƏCİLİ: Rusiyanın daha bir diplomatı ölü tapıldı

Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanın vəfat edib.

APA-nın verdiyi xəbərə görə, konsul yaşadığı evdə ölü tapılıb.

Diplomat səhər işə gəlməyib, telefon zənglərinə cavab verməyib. Onun meyitini həmkarları və polis axşam aşkarlayıb.

Afina polisinin məlumatına görə, 55 yaşlı diplomat təbii səbəblərdən dünyasını dəyişib.